Gündəm
"Elməddin də bu çirkaba bulaşdı"
Aktyor Elməddin Cəfərov özünə İnstaqram səhifəsi açıb. Hər zaman sosial şəbəkələrdən uzaq qaldığını, hətta "WhatsApp"dan belə istifadə etmədiyini deyən aktyor bu haqda özü xəbər verib. O, paylaşım edərək, sənət dostlarından onu izləmələrini istəyib.
Mehriban Əliyevanın rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib – Nazir müavini
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib. Bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku turnirinin açılış mərasimində çıxışında deyib.
Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürüldü
Yaponiyanın baş naziri Sindzo Abe ölkə adından ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb. Bu barədə "Politico" məlumat yayıb.
ART-Motiv layihəsi təqdim edildi
Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni bir layihəyə start verdi. Olaylar.az bildirir ki, Mərkəzi Elmi Kitabxanada baş tutan layihənin təqdimat tədbirində ziyalılar, yazıçılar, elm adamları, vətəndaş cəmiyyətinin ictimai fəalları, jurnalistlər, mətbuat nümayəndələri, müəllimlər, tələbələr iştirak edirdilər.
“YARAT” Müasir İncəsənət Mərkəzində yeni tədris proqramı
“YARAT” Müasir İncəsənət Mərkəzi bu ilin mart ayından dekabradək özünüinkişafla bağlı ödənişsiz əlavə təhsil imkanları üçün “İnsan: özünü tanı” proqramını təşkil edir. Mərkəzdən Olaylar.az-a bildirilib ki, proqram çərçivəsində paytaxtımızda 10 məşhur mühazirəçi və bestseller müəllifi özünüinkişafla bağlı ödənişsiz təlimlər keçəcəklər. Proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, yaşından və təhsilindən asılı olmayaraq, hamıya çağdaş insan üçün vacib bacarıqlara yiyələnmək üçün praktik biliklər verməyə kömək edə bilər.
Məşhur aktyor "Diriliş Ertuğrul"dan gedir
Reytinq rekordları qıran "Diriliş Ərtoğrul"un baş rol ifaçısı Engin Altan Düzyatan serialı tərk edir. "Ərtoğrul Qazi" obrazını canlandıran Düzyatan bu mövsüm sonunda ölərək ekran işindən ayrılacaq.
Türkiyə həbsxanasında YANĞIN
İstanbulun “Metris” qapalı tipli cəzaçəkmə müəssisəsində yanğın qeydı alınıb. Yanğın nəticəsində 27 məhkumun vəziyyəti pisləşib. Narahatlıq keçirən məhkumlar yaxın ərazilərdəki xəstəxanalara çatdırılıblar. Bildirilir ki, yanğın FETÖ və PKK terror təşkilatları ilə əlaqədə və narkotik ticarətinə görə ittiham olunaraq cəza çəkən məhkumların saxlanılıdığı barakda baş verib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək
Türkiyədə yaşayan Azərbaycan vətəndaşları “ASAN Xidmət” vasitəsilə şəxsiyyət vəsiqələri ala bilər. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Komitə ilə “ASAN xidmət” arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimində çıxış edərkən deyib.
Fərəh Əliyevaya xalq yazıçısı Sabir Əhmədli ilə bağlı müraciət
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya xalq yazıçısı Sabir Əhmədli ilə bağlı müraciət Azərbaycanın xalq yazıçısı, Əməkdar İncəsənət xadimi, publisist Sabir Əhmədli XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus xidmətləri olan ədəbi şəxsiyyətlərdən biridir.
Deniz Çakırın hicablı qızlarla dava görüntüləri yayıldı - Video
Deniz Çakır və hicablı qızlar arasındakı söz savaşı ilə bağlı qalmaqal bitmək bilmir. Hadisə ilə bağlı yeni faktlar ortaya çıxıb. Hadisə günü lentə alınan videolar ortaya çıxıb. Məhkəmə hicablı qızları təhqir edən aktrisa ilə bağlı işə xitam vermişdi. Amma başıbağlı qızlar bununla razılaşmadıqlarını bildirmişdi.
"Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki" təsdiqləndi
Nazirlər Kabineti "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"ni təsdiq edib. Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Gənclər Təşkilatları Prezidentə müraciət ünvanladılar
Azərbaycanın gənclər təşkilatları Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya və Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədova Azərbaycan "Respublikasında gənclər siyasəti və gənclərlə iş” mexnizminin dəyişməsi ilə bağlı müraciət ünvanlayıb.
Roma imperatorunun maskası bu ölkədə tapıldı
Bolqarıstan arxeoloqları Varna şəhərində yerləşən Canavara arxeoloji sahəsində maska aşkar ediblər. Tapıntının Roma imperatorunun üzünü ifadə edən VI əsrə aid maska olduğu ehtimal edilir. Regional arxeoloji muzeyin əməkdaşları bildiriblər ki, Bolqarıstan ərazisində birinci dəfədir ki, belə maskalar tapılır.
İradə Musayeva Mədəniyyət Naziri Əbülfəz Qarayevə xalq yazıçısı Sabir Əhmədli ilə bağlı müraciət etdi
Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəz Qarayevə xalq yazıçısı Sabir Əhmədli ilə bağlı müraciət Azərbaycanın xalq yazıçısı, Əməkdar İncəsənət xadimi, publisist Sabir Əhmədli XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus xidmətləri olan ədəbi şəxsiyyətlərdən biridir. Sabir Əhmədli 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında 40 ilə yaxın fəaliyyət göstərib.














