Maçaraşvili: Saakaşvili müharibədən sonra pul üçün ruslara yalvarırdı
17:38 Sosial"Rusiya nə "Vahid Milli Hərəkat"ın, nə də "Gürcü Arzusu"nun hakimiyyəti dövründə Gürcüstanın qonşusu olub, bu, coğrafi reallıqdır".
Olaylar xəbər verir ki, bunu Gürcüstanın "Xalqın Gücü" partiyasının icraçı katibi Quram Maçaraşvili deyib.
Siyasətçi iddia edib ki, "Gürcü Arzusu"nun praqmatik siyasəti olmasaydı, Gürcüstanda da hazırda Ukraynada baş verənlər yaşanardı.
Maçaraşvili qeyd edib ki, "Vahid Milli Hərəkat" 2008-ci il avqust müharibəsindən sonra enerji və strateji obyektləri Rusiyaya verib.
"Saakaşvili müharibədən sonra açıq şəkildə rusiyalı iş adamlarını Gürcüstana sərmayə qoymağa çağırırdı. Rusiyalı biznesmenlərin ölkəyə gəlməsi üçün onlara yalvarırdılar. Və bütün bunlar müharibədən sonra baş verirdi. Bu gün həmin insanlar kimə nə deyirlər?", - partiya sədri vurğulayıb.
Maçaraşvili əlavə edib ki, Rusiya ilə bağlı çağırışlar böyük dövlətlər üçün də mövcuddur və Gürcüstanın belə problemlərlə üzləşməsi təəccüblü deyil:
"Əgər praqmatik siyasət olmasaydı, Gürcüstanda da bu gün Ukraynada yaşanan vəziyyət hökm sürərdi".