Gündəm

Bəhruz Quliyev: "Gənclərimiz, tələbələrimiz onlara göstərilən dövlət qayğısından bəhrələnirlər”

15 Fevral 2019 15:36

“Prezident İlham Əliyevin gənclər siyasətində müəyyənləşdirdiyi uğurlu strategiya söz yox ki, Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün aparılan ardıcıl işlərin məntiqi davamıdır”. Bu fikirləri Olaylar.az -a   “Səs” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev dövlət başçısının tələbələrin təqaüdlərinin artırılması ilə bağlı verdiyi Sərəncamı şərh edərkən deyib. 

“İlin sahibkar xanımı” olmaq üçün müraciətlər yekunlaşdı

15 Fevral 2019 14:49

“Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası, “WoWoman Azerbaijan” təşkilatlarıının və ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “WE2019 xanım sahibkarlar üçün müsabiqə”-ə müraciət mərhələsi artıq yekunlaşdı.

“Balaca” qısametrajlı bədii filmi Cortisonici film festivalında

15 Fevral 2019 14:34

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Balaca” qısametrajlı bədii filmi İtaliyada keçirilən Cortisonici film festivalının beynəlxalq müsabiqə mərhələsinə dəvət alıb.

Nizami Kino Mərkəzində “Silahdaşlar” nümayiş olunacaq

15 Fevral 2019 13:56

Fevralın 19-da Nizami Kino Mərkəzində Nizami Abbasın “Salnaməfilm” studiyasında çəkdiyi “Silahdaşlar” tammetrajlı sənədli filminin ilk nümayişi olacaq.

Mədəniyyət Nazirliyi ilə British Council arasında əməkdaşlıq sənədi imzalandı

15 Fevral 2019 13:29

Böyük Britaniyaya səfəri çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev British Council-ın rəhbəri Kristofer Rodriges ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak etmişdir.

Tarix İnstitutu Polşada Xocalı soyqırımı ilə bağlı konfrans keçirəcək

15 Fevral 2019 13:29

“Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməyim yalnız mənə yox, həm də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun fəaliyyətinə və alimlərinə verilən çox böyük qiymətdir”. Tarix İnstitutundan Olaylar.az -a verilən məlumata görə, bunu institutun direktoru, akademik Yaqub Mahmudov Elmi Şuranın iclasında çıxışı zamanı deyib.

Firudin Qurbanov gənc alim və mütəxəssislərlə görüşdü

15 Fevral 2019 12:24

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firidun Qurbanov 2018-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb. Olaylar.az bildirir ki, müasir dövrdə Azərbaycanın təhsil sistemində ciddi islahatların aparılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən davamlı işlərə diqqət çəkən Firudin Qurbanov, eyni zamanda, bu il 100 illiyini qeyd edəcək Bakı Dövlət Universtetinin innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib. 

Əfsanəvi müğənni Bakıda çıxış edəcək

15 Fevral 2019 12:01

Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzində əfsanəvi müğənni Roy Young “King of Blues” qrupu ilə birgə çıxış edəcək. Olaylar.az bildirir ki, müğənni konsert çərçivəsində repertuarında hit mahnılarla yanaşı, digər caz nömrələrinə də müraciət edəcək. R. Young dünya şöhrətli ifaçılar James Brovn, Ray Charles, Bill Kobham, Billy Sheppard və Johnny Micchel ilə eyni səhnəni bölüşüb.

Məşhur vizajistin fərdi rəsm sərgisi açıldı - “Məni anla”

15 Fevral 2019 11:11

Muzey Mərkəzində gənc rəssam, məşhur vizajist Nərmin İbrahimovanın fərdi rəsm sərgisi açılıb. “Məni anla” adlı sərgidə rəssamın 60-dan çox müxtəlif janrlarda olan sənət əsərləri yer alır.

BMT qaçqın uşaqları ilə bağlı Avropa ölkələrinə müraciət edib

15 Fevral 2019 11:02

Birləşmiş Millətlər Təşkilatı (BMT) Avropa ölkələrinə, həmçinin özünün regional təşkilatlarına vətəndaşlığı olmayan miqrant uşaqlarla bağlı müraciət ünvanlayıb. Hesabatlara görə, hazırda dünyada heç bir ölkənin vətəndaşı və ya təbəəsi olmayan 10 milyona yaxın insan var. Onlardan 500 min nəfəri Avropada yaşayır. Bu insanların hamısı, o cümlədən uşaqlar elementar hüquqlardan məhrumdurlar. BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarının İdarəsindən və UNICEF-dən verilən məlumata görə, vətəndaşlığı və müvafiq sənədləri olmayan azyaşlılar təhsil ala və tibbi xidmətdən istifadə edə bilmirlər. Həmçinin onların sərbəst hərəkət etmə hüququ da yoxdur və gələcəyə heç bir ümidi olmadan diskriminasiya şəraitində yaşayırlar.