Firudin Qurbanov gənc alim və mütəxəssislərlə görüşdü
Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firidun Qurbanov 2018-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb. Olaylar.az bildirir ki, müasir dövrdə Azərbaycanın təhsil sistemində ciddi islahatların aparılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən davamlı işlərə diqqət çəkən Firudin Qurbanov, eyni zamanda, bu il 100 illiyini qeyd edəcək Bakı Dövlət Universtetinin innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib.
15 Fevral 2019 12:24 SosialBakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firidun Qurbanov 2018-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb. Olaylar.az bildirir ki, müasir dövrdə Azərbaycanın təhsil sistemində ciddi islahatların aparılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən davamlı işlərə diqqət çəkən Firudin Qurbanov, eyni zamanda, bu il 100 illiyini qeyd edəcək Bakı Dövlət Universtetinin innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib.
Azərbaycan alimlərinə "Clarivate Analytics" şirkətinin elmi bazasından istifadə imkanlarının yaradıldığını qeyd edən Firudin Qurbanov dünya elminə inteqrasiya məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar "ikili diplom", doktorantların xarici ölkələrə ezam edilməsi, tədqiqatları üçün müvafiq şəraitin yaradılması məsələlərindən danışıb.
Tədbirdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, Magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədova çıxış edərək doktorantlara lazımi məsləhətlər verib, onları maraqlandıran sualları cavablandırıblar.