Gündəm

Özünə 10 milyonluq ev aldı

15 Fevral 2019 11:01

Sənət Mərkəzində rəsm MÜSABİQƏSİ

15 Fevral 2019 10:59

Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaqlar üçün növbəti dəfə rəsm müsabiqəsi elan olunub. Olaylar.az bildirir ki, “Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinə 17 yaşadək olan uşaqlar qatıla bilər. Müsabiqəyə təqdim olunan sənət əsərlərinin son qeydiyyat tarixi martın 4-də bitəcək.

"Sevirəm" sözünü eşidəndə ətim ürpənir" - Nazənin

15 Fevral 2019 10:54

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Nazənin olub. Aparıcı Elgiz Əkbər müğənniyə “Həyat yoldaşınız sizə "sevirəm" deyibmi” sualını ünvanlayıb. İfaçının cavabı isə belə olub:

Camal Qaşıqçı cinayətinin TÜKÜRPƏDƏN FAKTLARI: meyiti təndirdə yandırılıb, nişanlısı isə...

15 Fevral 2019 10:50

İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayəti haqqında şok faktlar ortaya çıxıb. Jurnalisti qətlə yetirən komanda cinayətdən sonra konsulluğun yerləşdiyi binaya 32 kq çiy ət sifariş verib. Bu barədə İstanbul Baş Polis İdarəsinin 1 illik hesabatında yazılıb. Bildirilib ki, cinayətin dəlilləri binadakı təndirdə yandırılaraq yox edilə bilər. Cinayətkarlar yüksək istilik temperaturunda Qaşıqçının DNT-sini yox etməyə çalışıblar. İstintaq-araşdırma qrupunda yer alan DNT mütəxəssisi həmin təndirdə sümükdə olan DNT-nin belə məhv ola biləcəyinin mümkün olduğunu deyib.

Hüquq şöbəsinin müdiri haqqında yayılan böhtanlara etiraz etdi 

15 Fevral 2019 10:48

Müxtəlif mətbuat orqanlarında Azərbaycan Dillər Universiteti haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli yazı dərc olunub. Yazıda adı keçən şəxslərdən biri də universitetin Hüquq şöbəsinin müdiri İlkin Əkbərlidir. Olaylar.az bildirir ki, saxta adla, heç bir fakta söykənməyən mülahizələri ilə ictimai rəyi çaşdırmaq istəyən, universitetin nüfuzuna xələl gətirən “yazı müəllifi” iddia edir ki, İlkin Əkbərli rektorunun əmrlərinə qol çəkməkdən imtina edir.

İnstagramdan istifadəçiləri sevindirəcək XƏBƏR

15 Fevral 2019 10:46

İnstagram istifadəçiləri xidmətin veb-versiyasında bir-biri ilə ünsiyyət saxlaya biləcəklər. Belə ki, tezliklə “Instagram”ın veb-versiyasında şəxsi mesajlara giriş imkanı əlçatan olacaq. İndi bu imkan hələ ki sınaq rejimində işləyir.

Dinozavra bənzəyən SKELET TAPILDI

15 Fevral 2019 10:42

Özbəkistanın Fərqanə vilayətinin sakini evini təmir etdirərkən zirzəminin altından dinazavra bənzəyən heyvan skeleti tapıb. Bu barədə Daşkənddə rus dilində çap olunan “Narodnoe slovo” qəzeti məlumat yayıb. Bildirilir ki, tapılan sümüklər göstərir ki, bu heyvanın güclü uzun ayaqları, iri başı, elastik onurğa sütunu, quyruğu və quş boğazına bənzər boynu olub.

Mirzə Ələkbər Sabir Fondundan yeni layihə - ART-Motiv

15 Fevral 2019 10:40

Fevralın 15-də  AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni layihəni təqdim edəcək.

“Məhəbbət əfsanəsi” XVIII Beynəlxalq Balet Festivalında  təqdim ediləcək

15 Fevral 2019 10:26

Martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının “Mariya-2” səhnəsində SSRİ Xalq artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq. Balet Mariinski Teatrında martın 21-dən 31-dək keçiriləcək XVIII Beynəlxalq Balet Festivalı çərçivəsində təqdim ediləcək.

Miri Yusiflə Röya Ayxan Sevgililər günündə TUFAN QOPARDI

15 Fevral 2019 10:24

14 Fevralda Elektra Hall səhnəsində sözün əsl mənasında fırtına qoparan Əməkdar artistlər - Miri Yusif və Röya Ayxan pərəstişkarlarına unudulmaz gecə yaşadıb. Tamaşaçılarla ifaçılar arasındakı qarşılıqlı və güclü enerji və məhəbbət mübadiləsi gecə boyu davam edib. Özlərinə bənzəyən çılğın pərəstişkar ordusu demək olar ki, bütün mahnıları ulduzlarla birağızdan həm oxuyub, həm də doyunca rəqs edib. Pərəstiş etdiyin ifaçılardan sənin üçün daha gözəl hədiyyə payı nə olar bilər ki?

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin regionlara hər səfəri xalqa xidmətin təzahürüdür

15 Fevral 2019 10:19

"Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarının əsasında bu tezis dayanır ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ölkədə yüksək ab-havanı təmin etməklə yanaşı, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir." Bu fikirləri Olaylar.az -a açıqlamasında YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş tamaşalar festivalı

15 Fevral 2019 10:16

Martın 1-dən 9-dək “Boş məkanın dolğunluğu-2” adlı eksperimental tamaşalar festivalı keçiriləcək. Olaylar.az bildirir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival görkəmli rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub.

Akademik Arif Paşayev - İntellektual və mənəvi səma zirvəsində

15 Fevral 2019 10:13

Elmin inkişaf tarixi belə bir həqiqətə şahidlik edir ki, onun müxtəlif mərhələlərində əldə olunan bütün uğur və nailiyyətlər, sosial tərəqqini stimullaşdıran konseptual baxışlar, sivilizasiyanı irəliyə doğru hərəkət etdirən elmi kəşflər, innovativ yeniliklər bilavasitə yüksək mənəvi-əxlaqi keyfiyyətləri və dərin intellekti özündə birləşdirən şəxsiyyət fenomeni ilə bağlıdır. Məhz istedadlı, kreativ, parlaq zəkaya malik, aydın vətəndaş-ziyalı mövqeyi ilə seçilən alim şəxsiyyəti olduğu halda, elmin bu və ya digər sahəsində xüsusi rol oynayan məktəblər yaranır, həmin məktəblərin timsalında şəxsiyyətin cəmiyyətdəki mənəvi-intellektual təsir imkanları onilləri, yüzilləri əhatə edərək uzunmüddətli və fasiləsiz xarakter alır.

Bakıda insident – Binanın üstünə çıxıb özünü atacağını dedi

15 Fevral 2019 10:11

Bakıda intihara cəhd edən şəxs xilas edilib. "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin üçmərtəbəli fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi barədə müraciət daxil olub.

Mükəmməl bədənin 13 QANUNU

15 Fevral 2019 00:48