Gündəm

“Azərbaycanı tanıyaq” adlı sərgi - Turistlər üçün

14 Fevral 2019 15:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin 6 saylı filialında əcnəbi turistlər üçün məlumat xarakterli “Azərbaycanı tanıyaq” adlı sərgi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə müxtəlif illərdə Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş ölkəmizin ictimai-siyasi, mədəniyyət, incəsənət, etnoqrafiya və tarixini özündə əks etdirən kitablar nümayiş olunur.

Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar bir sıra tədbirlər- AMEA-da

14 Fevral 2019 15:20

Prezident İlham Əliyevin “Görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında” 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən AMEA-da bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi hazırlıq işləri aparılır. Olaylar.az bildirir ki, bu münasibətlə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik, Memarlıq və İncəsənət, Fəlsəfəvə Tarix institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Hüseyn Cavidin Ev Muzeyində elmi konfrans və sessiyalar, sərgilər təşkil olunacaq. Həmçinin AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri ilə Cəfər Cabbarlının ev muzeyi birgə respublika miqyasında elmi konfrans keçirəcək.

Milli Teatr günü Musiqili Teatrda premyera olacaq

14 Fevral 2019 13:09

Milli Teatr gününü  Azərbaycan Dövlət Musiqili Teatrda rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşasının premyerası gözlənilir. Olaylar.az bildirir martın ayının 9-10 tarixlərində saat 12:00 -da nümayiş olunacaq tamaşa rejissor Elməddin Dadaşovun quruluş və musiqi tərtibatında təqdim olunacaq. Tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla o indi tamam fərqli aspektdən yanaşıb.

Xarici tədqiqatçılar muzeydə

14 Fevral 2019 12:27

Avropa İttifaqının elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə səkkizinci çərçivə “HORİZON 2020” qrant proqramı çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda “Azərbaycanda inqilabaqədərki foto sənəti” mövzusunda tədqiqatlar aparılır.

Sevgililər Günündə evlənənlər - Statistika

14 Fevral 2019 11:00

 Dünyanın bir çox ölkələrində cütlüklər öz sevgilərini daha bariz şəkildə nümayiş etdirmək üçün nikahlarını məhz Sevgililər Günü kimi qəbul edilmiş 14 fevral - Müqəddəs Valentin Günündə bağlayırlar. Müqəddəs Valentin Günündə nikah bağlayanların sayına görə Hollandiya xüsusi yer tutur.

“Yaradıcı gənc əllər”in sərgisi Sənət Mərkəzində 

14 Fevral 2019 10:57

Xətai Sənət Mərkəzində martın 2-də “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi açılacaq. Olaylar.az bildirir ki, sərgi Azərbaycan Respublikasının Gənclər Fondu və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgnin keçirilməsində məqsəd ölkəmizin yaradıcı gənclərinin tanınmasına xidmət, əl işlərinin nümayişi və yaradıcı gənclərə bu sahədə dəstək olmaqdır.

Nəbi Xəzri yaradıcılığı “Yaradanlar və yaşadanlar” layihəsində

14 Fevral 2019 10:49

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində keçirilmiş konsert xalq şairi, nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəbi Xəzrinin yaradıcılığına həsr olunub.

Bakı Fotoqrafiya Evi açılacaq

14 Fevral 2019 10:46

Fevralın 14-də İçərişəhərdəki “Zəncirli bina”da Bakı Fotoqrafiya Evinin açılışı olacaq. Olaylar.az bildirir ki, açılış mərasimində, həmçinin fotoqraf Sənan Ələsgərovun əsərləri və tədqiqatçı Bəhruz Hüseynzadənin şəxsi kolleksiyasından olan fotoşəkillərdən ibarət “İçərişəhər” adlı sərgi də nümayiş olunacaq. Sərgi iştirakçılara şəhərlə fotoqraf arasında yarım əsr müddətində cərəyan edən dialoq prosesini izləməyə imkan verəcək. Eyni zamanda, fotolar sənədli şahidə çevrilərək ötüb keçən zamanın təkcə şəhərin landşaftını, işıq və havasını deyil, onun optikasını da dəyişdirdiyini bizə göstərəcək.