Gündəm

“İlin ən yaxşı kişiləri” seçildi - Fotolar

14 Fevral 2019 10:44

Dünyaca məşhur “GQ” jurnalı 2018-ci ildə Türkiyədə tərzi və uğurları ilə önə çıxan kişiləri dəyərləndirib. Tədbirdə “İlin qadını” mükafatı da verilib.

Qulaqcıqla musiqi dinləmək bir milyarddan çox insanın eşitmə qabiliyyətini itirməsinə səbəb ola bilər

14 Fevral 2019 10:31

Smartfon və pleyerlərlə musiqini uca səslə dinləyən dünyanın 12-35 yaşlı əhalisinin təxminən yarısı (təqribən 1,1 milyard nəfər) eşitmə qabiliyyətini itirmək riski ilə üzləşə bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) martın 3-də qeyd edilən Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü ərəfəsində bu qurğu istehsalçıları və istifadəçiləri üçün tövsiyələr dərc edib.

Zülfiyyə və Aygündən səmimi görüntülər - Fotolar

14 Fevral 2019 10:30

Xalq artistləri Zülfiyyə Xanbabayeva və Aygün Kazımova səmimi görüntüləri ilə diqqət çəkiblər. Sənətçilər tədbirlərdən birində Axşam.az-ın fotokamerasına tuş gəliblər. Eyni masada əyləşən Aygün və Zülfiyyə söhbət edib, barışdıqlarını bir daha nümayiş etdiriblər.

Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada vəfat etdi - TƏFƏRRÜAT

14 Fevral 2019 10:28

Dünən Balakən rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Qasbinə kəndi ərazisində - Beşbulaq adlanan ərazidə Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə toqquşan “Toyota RAV4” markalı minik avtomobilində vəfat edən 1985-ci il təvəllüdlü Alqayev Samir Nurəddin oğlu Zaqataladan işdən gəlirmiş.

Sarayda “Yaz bayramı – saz bayramı”

14 Fevral 2019 10:26

Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyi birgə təşkilatçılığı ilə hazırlanan “Yaz bayramı – saz bayramı” adlı konsert proqramı aşıq musiqisi sevənlərə təqdim olunacaq.

ABŞ-dan İrana yeni ZƏRBƏ: bu dəfə alim və sənətçilər qurban oldu

14 Fevral 2019 10:22

ABŞ İrana yeni sanksiya tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin Xarici Vətəndaşlara Nəzarət Ofisi (OFAC) “New Horizons” (Yeni Üfüqlər) olaraq tanınan “Müstəqil Ailmlər və Sənətçilər İnstitutu” qeyri-hökumət təşkilatını və təşkilatın 4 üzvünü sanksiya siyahısına əlavə edib.

Həftəsonu Musiqili Teatrda

14 Fevral 2019 10:17

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 6 tamaşa nümayiş olunacaq. Olaylar.az bildirir ki, teatrda fevralın 15-də "Qafqazlı qardaşqızı” (R.Hacıyev), 16-da "Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. D.Mustafayev) və 17-də "Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi) əsərləri göstəriləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

“Instagram”da problemlər yarandı

14 Fevral 2019 10:13

“Instagram” sosial şəbəkəsinin dünya üzrə istifadəçiləri servisin işində problemlərin yaranması ilə üzləşiblər. Bu barədə populyar internet saytlarının işini izləyən “Downdetector” resursunun məlumatında deyilir. Portalın məlumatına görə, servisin fəaliyyətində texniki nasazlıqlar bir sıra Avropa, Şimali və Cənubi Amerika və Asiya ölkələrində müşahidə edilib.

Xalq artistinə irad: “Mən danışanda, qutab yeməyin”

14 Fevral 2019 10:11

Ötən gün müğənni Samir Cavadzadə klip təqdimatı edib. Rəngli görüntülərə səhnə olan tədbir maraqlı məqamlarla yadda qalıb. Xalq artisti Mehriban Zəki də tədbirə qatılanlar arasında olub. O, çıxış edərkən xalq artisti Murad Dadaşovun söhbət etməsi sənətçinin iradına səbəb olub.

Prezident evi uçan qadınla bağlı tapşırıq verdi - FOTO

14 Fevral 2019 10:04

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Sonra Prezident İlham Əliyev muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşdü. Qadın sakin: Cənab Prezident, imkanım yoxdur, evim uçub, mənə kömək edin.

Nahidə Orucova müğənniliyə başladı: "Pul qazanacam"

14 Fevral 2019 10:01

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar artist Nahidə Orucova olub. O, müğənniliyə başlayacağını deyib: “Yaşın nə fərqi var ki... Biraz gec qaldım. Amma biz tamaşalarda oxuyuruq. İndi oxuyacam, toylara gedib pul qazanacam. Dedim bəsdi də pul qazanmıram. İnsanın ikinci biznesi olamalıdır. Mən də bu yolu fikirləşdim. 

Muğam Mərkəzində “We Are The World” adlı konsert 

14 Fevral 2019 09:58

Beynəlxalq Muğam Mərkəzi gənc istedadların aşkar edilməsi üzrə daim həyata keçirdiyi proqram çərçivəsində Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin iştirakı ilə “We Are The World”  konsert proqramını təqdim etdi.

Qız qalası romantik beşlikdə

14 Fevral 2019 09:54

Qız qalası MDB-nin ən romantik yerləri reytinqinin ilk beşliyində yer alıb. Bunu "TurStat" analitik agentliyi bildirib. Reytinq yerlərin populyarlığına və internetdə rəylərin analizi nəticəsində təqdim olunub.

Mehriban Əliyevadan VACİB TAPŞIRIQ

14 Fevral 2019 09:52

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib. Hazırda Bakıda xəstəxanaya yerləşdirilən N.Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.

Məzunlar üçün müsabiqə

13 Fevral 2019 17:06

Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə öz məzunları arasında “BDU xatirələrdə” adlı müsabiqə elan edir. Olaylar.az bildirir ki, universiteti müxtəlif illərdə bitirmiş məzunlar təhsil müddətində baş vermiş ən maraqlı məqamları, universitetlə bağlı unudulmaz hadisələri, fakültələri, müəllimləri, tələbə yoldaşları ilə bağlı oxunaqlı xatirələri qələmə ala bilərlər.