Gündəm

Pantomimada uşaqlar üçün “Fəlakət və insan” 

13 Fevral 2019 17:00

Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb. Belə ki, fevralın 17-də teatrın səhnəsində Bəxtiyar Xanızadənin müəllifi olduğu “Fəlakət və insan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır

13 Fevral 2019 15:44

“Bu gün Azərbaycan mediası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. İstər KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də jurnalistlərin sosial rifahının, eyni zamanda, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu sırada dövlət dəstəyini xüsusi olaraq vurğulamaq lazımdır. Məhz möhtərəm Prezidentimizin KİV-ə olan diqqət və qayğısı, Onun göstərişi ilə 2013-cü ildən başlayaraq jurnalistlərin dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsi və s. bunun əyani sübutudur.

Gəncəli rəssamların əsərləri Bakıda sərgilənəcək

13 Fevral 2019 15:32

Fevralın 20-də Bakıda gəncəli rəssamların “Xəzinə” adlı rəsm sərgisi açılacaq. Olaylar.az bildirir ki, Muzey Mərkəzində təşkil olunacaq sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin dəstəyi ilə reallaşacaq.

Universitet tələbələri pedaqoji və istehsalat təcrübələrinə yollanır

13 Fevral 2019 15:25

ADU-nun rektoru Kamal Abdulla: “Universitet həyatında istehsalat və pedaqoji təcrübə bir-birini tamamlayan iki mühüm hadisə, xüsusi hazırlıq mərhələsidir”  Azərbaycan Dillər Universitetində 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib. Olaylar.az bildirir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tələbələri təcrübəyə yollanmaları münasibəti ilə təbrik edib.

Qubada “Yeni Nəsil” gənc sahibkarlar üçün təlimlər yekunlaşdı

13 Fevral 2019 13:08

“Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsi üzrə Quba-Xaçmaz iqtisadi regionundan olan gənclər növbəti təlimlərini yekunlaşdırıb. Olaylar.az bildirir ki,  2 gün ərzində ümumilikdə 115 iştirakçı təlimçi Sənan Həsənov tərəfindən keçirilən “İdeya Generasiyası”, “Sahibkarlıq bacarıqları”, “Rəqəmsal Marketinq” təlimlərində iştirak ediblər. Layihə çərçivəsində Abşeron, Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi regionları üçün təlimlər və görüşlər fevral ayının sonuna qədər davam edəcəkdir.

Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” keçiriləcək

13 Fevral 2019 13:03

Fevralın 13-də Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA Bakı Koordinatorluğunun birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutacaq. Tədbiri  giriş sözü ilə AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq qonaqları salamlayacağı gözlənilir. Ardınca TİKA Bakı koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir açılış nitqi ilə çıxış edəcəklər. Çıxışlardan sonra söz məruzəçilərə veriləcək.

Avropanın ən çox ƏT YEYƏN ÖLKƏLƏRİ açıqlandı - Siyahıda Azərbaycan da var

13 Fevral 2019 11:15

Bir zamanlar Qərbi Avropada yaşayan insanların ətdən həddindən artıq istifadə etməsi aidiyyəti qurumlarda təhlükə siqnalı yandırmışdı. Onlar insanları ətdən daha az istifadə etməyə öyrəşdirmək üçün “Ətsiz bazar ertəsi” adlı bir ənənə yaratmışdılar. Lakin bu belə ət istehlakının miqdarında azalma yaratmamışdı.