Bakıda beşmərtəbəli binada yanğın olub-20 nəfər təxliyə edilib
13 Fevral 2019 14:55 KriminalBakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə zirzəmidə 10 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31