Universitet tələbələri pedaqoji və istehsalat təcrübələrinə yollanır

ADU-nun rektoru Kamal Abdulla: “Universitet həyatında istehsalat və pedaqoji təcrübə bir-birini tamamlayan iki mühüm hadisə, xüsusi hazırlıq mərhələsidir”  Azərbaycan Dillər Universitetində 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib. Olaylar.az bildirir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tələbələri təcrübəyə yollanmaları münasibəti ilə təbrik edib.

ADU-nun rektoru Kamal Abdulla: "Universitet həyatında istehsalat və pedaqoji təcrübə bir-birini tamamlayan iki mühüm hadisə, xüsusi hazırlıq mərhələsidir"

Azərbaycan Dillər Universitetində 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib. Olaylar.az bildirir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tələbələri təcrübəyə yollanmaları münasibəti ilə təbrik edib.

Akademik Kamal Abdulla ADU tələbələrinin bu il artıq ikinci dəfədir ki, məcburi köçkün məktəblərinə təcrübəyə yollandıqlarını bildirib: "Gənclərimiz ikinci dəfədir ki, bu marşrutla hərəkət edəcəklər. Adətən, pedaqoji təcrübə Bakı məktəblərində baş tutur. Çox vacib və əhəmiyyətli məqamlardan biri də odur ki, biz universitet olaraq öz coğrafiyamızı genişləndiririk. Pedaqoji təcrübənin bu gün Azərbaycanın digər regionlarında və hətta konkret olaraq, məcburi köçkün məktəblərində keçirilməsi tələbələrimizin bizim getdiyimiz yola münasibətini biruzə verir, müəllimlərimizin bizimlə əl-ələ verdiyinin göstəricisidir. Buna görə tələbələrimizə və müəllimlərimizə universitet rəhbərliyi adından təşəkkür edirəm".

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübədə iştirak edən tələbələrin ixtisaslar üzrə sayı, bölgələrə müraciət edən tələbələrin akademik göstəriciləri, məktəb və təşkilat sayları, təcrübə rəhbərləri, metodist, pedaqoq və psixoloqlar haqqında ətraflı məlumat verib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması, təcrübə rəhbərlərinin təkliflərinin dinlənilməsi ilə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31