Gündəm

Gənc tədqiqatçılar üçün təqaüd proqramı

13 Fevral 2019 11:14

Avropaya Qonşu Ölkələrin (European Neighbouring Countries) gənc tədqiqatçıları üçün təqaüd proqramı elan edilib. Olaylar.az bildirir ki, proqram gənc mütəxəssislərə tədqiqat məqsədilə Avropada yüksək beynəlxalq standartlara malik çoxistiqamətli universitetlər şəbəkəsinin (“Coimbra” Qrupu) ali məktəblərinə qısamüddətli ezamiyyət imkanı yaradır.

“Ya Qarabağ, Ya Ölüm”ün müəllifi xərçəngdən vəfat etdi - FOTO/VİDEO

13 Fevral 2019 11:11

Türkiyənin məşhur aşıq sənətçisi Ozan Arif vəfat edib. Bir müddətdir qırtlaq xərçəngindən əziyyət çəkən Ozan Arif müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Adrianadan Metinə daha bir zərbə

13 Fevral 2019 11:06

Xəbər verdiyimiz kimi, model Adriana Lima türk sevgilisi Metin Haradan ayrılıb. İkili ayrılıqdan sonra sosial mediada da bir-birini silib.

“Sabahın alimləri” VIII respublika müsabiqəsinin açılışı oldu

13 Fevral 2019 11:04

“Sabahın alimləri” VIII respublika müsabiqəsinin açılış mərasimi keçirilib. Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan danışıb. Bildirib ki, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Nazir müavini  ölkəmizdə ənənəvi olaraq keçirilən “Sabahın alimləri” müsabiqəsinin məqsədinin gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəltmək olduğunu deyib. 

“LinkedIn” də YENİLİK

13 Fevral 2019 11:02

"LinkedIn" sosial şəbəkəsində videonu seçilmiş qruplar və ya bütün şəbəkə auditoriyası üçün real vaxt rejimində translyasiya etməyə imkan verən yeni onlayn yayım servisi istifadəyə verilib. Hazırda "LinkedIn Live" adlı beta versiyadan dəvət əsasında yalnız ABŞ istifadəçiləri yararlana bilərlər. Yaxın həftələr ərzində aksiyada iştirak etmək arzusunda olanlar üçün kontakt formasının dərc ediləcəyi gözlənilir. Sosial şəbəkə tərəfindən "LinkedIn Live" servisində bütün istifadəçilər üçün video yaratmaq imkanının nə vaxt mümkün olacağı, hələ ki, məlum deyil. Şirkət nümayəndələrinin sözlərinə görə, birbaşa translyasiyalar bu gün bütün sosial şəbəkələr üçün ən tələb olunan funksiyadır.

Cəfər Cabbarlının 120 illik yubileyi Ankarada qeyd edildi

13 Fevral 2019 11:00

Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə konfrans keçirilib. Olaylar.az bildirir ki, əvvəlcə TÜRKSOY-un fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Cəfər Cabbarlının yaradıcılığı barədə ümumi məlumat veriləndən sonra böyük dramaturqun həyat və fəaliyyətinə həsr olunan film göstərilib.

“Elm günü” üçün Tədbirlər Planı qəbul olunub

13 Fevral 2019 10:49

Son illər ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu sahədə qəbul edilmiş mühüm qərarlardan biri də dövlət başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı olub. Həmin sərəncamda hər il martın 27-sinin Azərbaycanda “Elm günü” kimi qeyd edilməsi qərara alınıb və beləliklə, 2019-cu ildə ilk dəfə olaraq ölkədə “Elm günü” keçiriləcək.

"Sarı-jiletlilər" barədə 1800 hökm

13 Fevral 2019 10:45

Fransada “sarı jiletlilər” hərəkatının keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşların iştirakçıları barədə məhkəmələr tərəfindən 1800-dək hökm verilib. Bu barədə ölkənin Baş nazir Eduard Filip məlumat verib.

Bakıda BMT Mədəniyyət Parkı yaradılacaq

13 Fevral 2019 10:43

Art Villa rəsm qalereyasında "H.E.Art” layihəsi çərçivəsində BMT Mədəniyyət Parkının yaradılması üçün hazırlığa başlanılıb. BMT-nin yerli nümayəndəliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə yaradılan parkda rəssamlar Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda çəlləklər üzərində rəsm əsərləri çəkəcək və yaşıllıq guşələri yaradacaqlar.

"Sən də yekəburun oldun" - Xuramandan Natavana

13 Fevral 2019 10:42

Müğənni Xuraman Şuşalı həmkarı Natavan Həbibi ilə yeni videosunu paylaşıb.  Sənətçi hamilə rəfiqəsinin kökəldiyini, üzünün şişdiyini bildirib. 

Bu dövlətin adı dəyişdi

13 Fevral 2019 10:38

Makedoniya Respublikasının Şimali Makedoniya adlanması barədə Prespan sazişi rəsmi olaraq qüvvəyə minib. Bu barədə Yunanıstanın xarici işlər nazirinin müavini Yorqos Katrunqalos və keçmiş Makedoniya Respublikasının xarici işlər naziri Nikola Dimitrov Twitter sosial şəbəkəsində yazıblar.

Türkmənistan toxuculuq məhsullarının sərgisi keçiriləcək

13 Fevral 2019 10:35

Fevralın 15-dən 18-dək Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçalarının, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək. Sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Türkmənistanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Gizli basdırılmış onlarla insan cəsədi aşkarlandı

13 Fevral 2019 10:35

Meksikanın Kolima ştatında gizli basdırılmış təxminən 70 cəsəd aşkarlanıb. Bu barədə yerli baş prokurorluq bildirib. "Tekoman bələdiyyəsində, Santa-Rosedə 69 cəsəd aşkar olunub. Hazırda genetik müəyyənləşdirmə işi aparılır. Federal hokümət axtarışların davam etməsi üçün avadanlıqla və heyətlə yardım göstərir", - deyə xəbərdə bildirilir.

Arizona Senatında Azərbaycanın təqdimatı keçirilib

13 Fevral 2019 10:29

ABŞ-ın Arizona Ştat Senatının plenar iclasında Azərbaycanın təqdimatı keçirilib. Təqdimatda Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib. Olaylar.az bildirir ki, iclasda çıxış edən Senator Ceyven Mesnard senatorlara Azərbaycan haqda məlumat verib. O, Azərbaycana səfəri zamanı ölkəmizdə şahidi olduğu iqtisadi inkişaf, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrinin, müxtəlif dini və etnik mənşəli insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasının onda xoş təəssüratlar yaratdığını diqqətə çatdırıb. Daha sonra C.Mesnard Azərbaycanın Los Ancelesdəki baş konsulu N.Ağayevi senatorlara təqdim edib.

Sevda imicini dəyişdi – Foto

13 Fevral 2019 10:20

Müğənni Sevda Yahyayeva imicində dəyişiklik edib. Sənətçi bir müddət öncə saçlarını qısaltmışdı.