Gündəm
Qurban Yetirmişli Şamaxıdakı vulkan püskürməsindən DANIŞDI: bir neçəsinin də...
Şamaxı rayonunda bu gün səhər saatlarında püskürən Quşçu vulkanı fevralın 5-də baş verən zəlzələnin təsirindən aktivləşib. Bu sözləri açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, zəlzələdən sonra ərazidə aparılan monitorinqlərdə vulkanda aktivləşmə qeydə alınmışdı:
Şamaxıda VULKAN PÜSKÜRDÜ - 5 metr hündürlükdə
Şamaxı rayonunda vulkan püskürüb. Bu barədə Şamaxı Rayon İcra hakimiyyətinin Quşçu kənd ərazi icra nümayəndəsi Bəşir Bəhramov məlumat verib.
Əlyazmalar İnstitutunda XVII elmi-nəzəri konfrans keçiriləcək
İyun ayında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “İmadəddin Nəsimi: sələflər və xələflər - orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVII elmi-nəzəri konfrans keçiriləcək. Olaylar.az bildirir ki, konfrans Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamı və “Nəsimi ili” çərçivəsində reallaşacaq.
Dünya alimləri Bakıda bir araya gələcəklər
Fevralın 14-15-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf təşkilatı (Economic Social Development – ESD) ilə birgə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Olaylar.az bildirir ki, bu, ESD tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskvada təşkil olunub.
“Nəsimi ili” ilə bağlı tədbirlər planı
Prezident İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu il “Nəsimi ili” elan edilib. Olaylar.az bildirir ki, bu əlamətdar hadisəylə bağlı bir çox təhsil və mədəniyyət müəssisələrində irimiqyaslı tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Filarmoniya səhnəsindən müasir musiqi səslənəcək
Fevralın 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Şnitke.Qarayev.Şostakoviç” adlı müasir musiqi axşamı keçiriləcəkdir.
“Keçmişə səyahət” kitabı təqdim edildi
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində fəaliyyət göstərən “Hacı Zeynalabdin Tağıyev Klubu”nun növbəti tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səidə Mirizadənin “Keçmişə səyahət” (rus dilində) kitabının təqdimatı olub.
Qəbələ “KOB Dostu” sahibkarların xidmətində
Şərtləri açıqlandı - Buktreyler Festivalında
Kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Buktreyler Festivalının növbəti, sayca dördüncü mövsümündə iştirak etməyin şərtləri açıqlanıb. Olaylar.az bildirir ki, festivala yaşından asılı olmayaraq arzu edən hər kəs qatıla bilər. Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən buktreylerlər iştirak edəcək.
Aşıqlar Sarayda bir araya gələcək
Martın 5-də Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə “Yaz bayramı – saz bayramı” adlı konsert proqramı təqdim olunacaq. Heydər Əliyev Sarayında reallaşacaq konsertdə ustad aşıqlar, gənc saz ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.
Paşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...
Bəhruz Quliyev: “Artıq KİVDF də öz nizamnaməsində dəyişikliklər etməlidir"
“Ötən gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi. Həmin iclasda mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, stimullaşdırılması məqsədilə növbəti addımın atılmasına zərurət yarandığı bildirildi". Bu fikirləri Olaylar.az –a açıqlamasında “SƏS” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
“Dahi hekayəçi” növbəti dəfə səhnədə
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilin yeni baleti - Frans Şubertin musiqisi əsasında səhnəyə hazırlanmış “Dahi hekayəçi” növbəti dəfə təqdim olunub. Olaylar.az bildirir ki, balet görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin nağıllarına həsr edilib. Səhnə əsərinin süjet xəttini yazıçının “Kənd xoruzu və flüger”, “Qar kraliçası”, “Düyməcik”, “Qalay əsgər”, “Sehrli dibçək”, “Kralın təzə libası” kimi dünyaca məşhur olan nağılları təşkil edir. Andersenin nağılları əsasında baletin librettosunu Əjdər Ulduz yazıb. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti, Kamilla Hüseynova, dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.
Cəfər Cabbarlinin şəxsi arxivi rəqəmsallaşdırılır
Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq, böyük yazıçı və dramaturqun AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materiallarının rəqəmsallaşdırılmasına başlanılıb.











.jpg)


.jpg)