Gündəm

Kamal Abdulla vəzifədən qovduğu dekanla bağlı FAKTLARI açıqladı

12 Fevral 2019 13:42

Azərbaycan Dillər Universitetini keçmiş dekan Vüsalə Ağabəyli ilə bağlı bəyanat yayıb. Olaylar.az bildirir ki, universitet keçmiş dekan Vüsalə Ağabəylinin universitet rəhbərliyinə qarşı irəli sürdüyü iddiaların əsassız və böhtan xarakterli olduğunu bəyan edib: "Bildirmək istərdik ki, Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanlığına 2018-ci ilin sentyabr-dekabr aylarında tələbələrdən daxil olmuş çoxsaylı müraciətlərə baxılmaması ilə əlaqədar filologiya və jurnalistika fakültəsində tədris və təlim-tərbiyə işinin təşkilinin öyrənilməsi ilə bağlı dekabrın 18-də komissiya yaradılıb.

"Anarın ruhu narahatdır..." - Keçmiş arvadı

12 Fevral 2019 11:08

ARB TV-nin “Show news” proqramının növbəti müsahibi mərhum reper Anar Nağılbazın həyat yoldaşı Anjelika olub. O, uşaqlarının ataları üçün darıxdığını bildirib: “Anarı yuxumda gördüm. Dedi, tərpənə bilmirəm. Üzü həm görünürdü, həm görünmürdü, qarışıq yuxu idi. Fikirləşdim, bəlkə paltarları qalıb ona görə ruhu narahatdır. Yaxşı olardı ki, ailəmiz dağılmayaydı. Özünə də demişdim ki, gün gələcək ailəmizi dağıdacaqlar, peşman olacaqsan. 

Xalq rəssamının 80 illik yubileyi keçiriləcək

12 Fevral 2019 11:06

Olaylar.az bildirir ki, fevralın 15-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə  Muzey Mərkəzində Xalq rəssamı Rafis İsmayılovun 80 illik yubileyi  keçiriləcəkdir. Rafis Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə  Bakı şəhərində anadan olmuşdur. O, 1962-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini (müəllimləri: Kamil Xanlarov və Abdulxalıq), 1972-ci ildə isə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu (müəllimləri: M.A. Boqdanov, Nemenskiy və Qenadiy Myasnilkov) bitirmişdir. “Azərbaycanfilm” Kinostudiyasında 1970-2007-ci ildə quruluşçu-rejissor işləmiş, 30-dan artıq bədii filmə rəssamlıq üzrə quruluş vermişdir.

“Balaca şahzadə”nin premyerası təxirə salındı

12 Fevral 2019 10:58

Premyerası fevralın 21-də Azərbaycan Dövlət Musiqili Teatrında nəzərdə tutulan Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası təxirə salınıb. Olaylar.az bildirir ki, beynəlxalq layihə kimi təqdim olunan tamaşanın premyera tarixi ilə bağlı ictimaiyyətə yaxın vaxtlarda məlumat veriləcək.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi Mədəniyyət evində qeyd edildi

12 Fevral 2019 10:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Olaylar.az bildirir ki, tədbiri Mədəniyyət evinin direktoru Cabbar Süleymanov açaraq böyük sənətkarın həyat və yaradıcılığı barədə məlumat verib.

Ermənistanda hakimiyyət orqanlarında kütləvi ixtisar

12 Fevral 2019 10:49

"Ermənistanda vilayət (mərz) hakimiyyəti qurumlarında 30%-dək işçinin ixtisarı nəzərdə tutulur". Bunu ölkənin ərazi idarəetmə və inkişaf naziri Suren Papikyan deyib. O, bütün əməkdaşların cəlb ediləcəyi müsabiqədə iştirakçıların daha yaxşı nəticə göstərən üçdə ikisinin işlə təmin olunacağını bildirib.

Teleaparıcı qəzada öldü

12 Fevral 2019 10:46

Braziliyanın San-Paulu şəhərində vertolyotun qəzaya uğraması nəticəsində televiziya və radio apacısı Rikardu Boeşat həlak olub.

Şamaxıda zəlzələ oldu

12 Fevral 2019 10:47

Şamaxıda zəlzələ baş verib. Olaylar.az bildirir ki, Şamaxı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından Publika.az-a verilən məlumata görə, yeraltı təkanların gücü 3 bal təşkil edib: “Axşam saatlarında təxminən 3 bala yaxın zəlzələ oldu. Təkanlar hiss olunub. Hələlik heç bir ciddi fəsad yoxdur”.

Marsa səyahətin qiymətləri açıqlandı - Hər kəs gedə biləcək

12 Fevral 2019 10:40

“Tesla” və “Space X” şirkətinin qurucusu İlon Mask Marsa səyahət biletinin qiymətini açıqlayıb. Şirkət rəhbəri gediş biletinin 500 min dollar olduğunu deyib. Bu barədə tvitter hesabında yazan Mask bildirib ki, biletlər 100 min dollardan ucuz da ola bilər: “Yerdəki insanlar evlərini satıb rahat şəkildə Marsa səyahət edə biləcəklər”

“Qremmi”də azərbaycanlı dizaynerin geyimləri - Foto

12 Fevral 2019 10:36

Xəbər verdiyimiz kimi, “Qremmi” mükafatları 61-ci dəfə öz sahiblərini tapıb. Gecədə sənətçilər libasları ilə diqqət mərkəzində olub.

BMT İŞİD-lə bağlı qorxunc hesabatları açıqladı: 300 milyon...

12 Fevral 2019 10:33

2014-cü ildən bəri Yaxın Şərqdə terror fəaliyyəti ilə məşğul olan İŞİD-in büdcəsi açıqlanıb. BMT baş katibinin köməkçisi və Terrorla Mübarizə Dairəsinin prezidenti Vladimir Voronkov fərqli qaynaqlardan əldə etdiyi bilgilərə görə, İŞİD-in 50-300 milyon dollar arasında büdcəsi olduğunu deyib.

Bakı Dövlət Universitetində  təşkilat komitəsi yaradıldı

12 Fevral 2019 10:21

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə bağlı təşkilat komitəsi və işçi qrupu yaradılıb. Olaylar.az bildirir ki, BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 14 noyabr tarixli Sərəncamını əsas tutaraq “Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Tədbirlər planı”nın təsdiq edilməsi, yubiley tədbirlərinin təşkili və həyata keçirilməsi üçün zəruri hazırlıq işlərinin aparılması, o cümlədən nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə təşkilat komitəsi və işçi qrupunun yaradılması haqqında əmr imzalayıb.