Şamaxıda zəlzələ oldu
Şamaxıda zəlzələ baş verib. Olaylar.az bildirir ki, Şamaxı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından Publika.az-a verilən məlumata görə, yeraltı təkanların gücü 3 bal təşkil edib: “Axşam saatlarında təxminən 3 bala yaxın zəlzələ oldu. Təkanlar hiss olunub. Hələlik heç bir ciddi fəsad yoxdur”.
12 Fevral 2019 10:47 SosialŞamaxıda zəlzələ baş verib. Olaylar.az bildirir ki, Şamaxı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından Publika.az-a verilən məlumata görə, yeraltı təkanların gücü 3 bal təşkil edib:
"Axşam saatlarında təxminən 3 bala yaxın zəlzələ oldu. Təkanlar hiss olunub. Hələlik heç bir ciddi fəsad yoxdur".
Qeyd edək ki, bu gün yerli vaxtla saat 19:29-da Pirqulu stansiyasından 9 kilometr qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.