Gündəm

Xuraman ərindən danışdı

12 Fevral 2019 10:17

Müğənni Xuraman Şuşalı İnstaqramda yeni fotosunu paylaşıb. Sənətçi həyat yoldaşı ilə çəkdirdiyi şəkilə “Qismət insanın öz əlindədir, insan qismətini özü seçir. Mən qəlbində Allah eşqi olanı seçdim və o eşq bizi xoşbəxt etdi” deyə, şərh yazıb.

Uşaq Teatrı premyeraya hazırlaşır

12 Fevral 2019 10:11

Fevralın 15-də Bakı Uşaq Teatrının yaradıcı heyəti Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” əsəri əsasında hazırladığı eyniadlı tamaşanın premyerasına hazırlaşır. Tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqında nümayiş olunacaq.

“Çinin ali təhsili” mövzusunda seminar

12 Fevral 2019 10:09

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Çinin ali təhsili" mövzusunda seminar keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Azərbaycanda Çin dilinin tədrisinin perspektivlərindən, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclərin, eləcə də, respublikamızın ali məktəblərində təhsil alan çinli tələbələrin sayının artmasından, hər iki ölkə tərəfindən təqaüdlərin verilməsindən danışıb.

ABŞ-dan İrana qarşı açıq təhdid: "Çox az qaldı..."

12 Fevral 2019 10:01

ABŞ prezidenti Donald Tramp tvitterdə İrana qarşı sərt ifadələr işlədib. Yaranmasının 40-ci ildönümünü qeyd edən İran hökumətinin yalnız uğursuzluq əldə etdiyini yazıb. “40 illik qanunsuzluq, təzyiq və terror. İrandakı rejim sadəcə 40 illik uğursuzluq istehsal etdi. İran xalqı isə daha parlaq gələcəyə layiqdir”,- Tramp bildirib.

Mədəniyyət işçilərinin DİQQƏTİNƏ

12 Fevral 2019 09:59

 Aparılmış təhlillərin nəticələrini və ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəfləri nəzərə alaraq Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən regionlarda təşkil olunacaq və mədəniyyət işçilərinin tətbiqi biliklərinin təkmilləşdirilməsi, habelə, onların kreativ peşə səriştələrinin formalaşmasına xidmət edəcək kursların əsas istiqamətləri müəyyən olunub.

Röya Zabit Səmədovla münasibətlərindən danışdı: “Söz verdi ki, mənimlə...” - FOTO

12 Fevral 2019 09:55

Xəbər verdiyimiz kimi, Mauqli ləqəbli tanınmış azərbaycanlı kikboksçu Zabit Səmədovun dünən Heydər Əliyev İdman Kompleksinin nəzdində döyüş məktəbinin açılışı baş tutub. İdmançını təbrik etməyə gələn Əməkdar artist Röya Ayxan Zabit Səmədovla dostluq münasibətlərindən danışıb:

Muzeyə kitablar hədiyyə edildi

11 Fevral 2019 15:26

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi Bakıətrafı qəsəbələrdə ölkəmizin milli-mədəni sərvətlərinin toplanması, qorunması və gələcək nəslə ötürülməsi məqsədilə “Muzeyə eksponat hədiyyə et, özün haqqında xatirə saxla” layihəsini həyata keçirir.

“Mənim Şamaxım” rəsm müsabiqəsi davam edir

11 Fevral 2019 11:47

Xətai Sənət Mərkəzinin Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında elan etdiyi “Mənim Şamaxım” adlı rəsm müsabiqəsini davam edir. Olaylar.az bikldirir ki, “Nəsimi ili” çərçivəsində təşkil edilən müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Belarus və Azərbaycan opera ulduzları “Boqema” operasında

11 Fevral 2019 11:31

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italiyalı bəstəkarı Cakomo Puççininin “Boqema” operası təqdim olunub. Olaylar.az bildirir ki, səhnə əsərində əsas partiyalardan biri olan Rudolfun partiyası gənc və istedadlı solist Azər Rzazadə tərəfindən ifa olunub. Operada Marsel partiyasını Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov canlandırıb. Mimi rolunda Əməkdar artist Afaq Abbasova, Müzetta rolunda Əməkdar artist İnarə Babayeva çıxış edib. Səhnə əsərində, həmçinin Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Tural Ağasıyev və Əliəhməd İbrahimov da rol alıb.

Ən güclü və ən zəif şüalanmaya malik smartfonlar məlum olub

11 Fevral 2019 11:09

Ekspertlər “Xiaomi” şirkətinin smartfonunu bazarda təqdim edilənlər arasında ən yüksək şüalanma səviyyəsinə malik telefon seçiblər. Müvafiq tədqiqat “Statista” şirkətinin “Twitter” səhifəsində dərc edilib. Antireytinqə Çin şirkətinin dörd modeli daxildir. Birinci yerdə “Xiaomi Mi A1”, üçüncüdə “Xiaomi Mi Max 3”, altıncıda “Xiaomi Mi Mix 3”, on beşincidə “Xiaomi Redmi Note 5” smartfonu qərarlaşıb.

Sel 300 min baş heyvanın ölümünə səbəb oldu

11 Fevral 2019 11:07

Avstraliyada yağışların səbəb olduğu sel nəticəsində 300 min baş iribuynuzlu heyvan ölüb. Ölkənin Queensland əyalətinin Tounsville şəhərində ötən həftə ərzində yağan yağış minlərlə evi su altında qoyub. Yerli medianın yazdığına görə, ötən həftə bir illik yağıntı norması düşüb. Mövsüm quraq keçdiyindən təsərrüfat sahibləri çətin anlar yaşayıb. Lakin birdən-birə yağan yağış və sel 300 milyon dollar dəyərində 300 min baş heyvan itkisinə səbəb olub.

Röya və Zülfiyyə rəqsləri ilə diqqət mərkəzində -Video

11 Fevral 2019 11:04

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Zamiq Hüseynovun Heydər Əliyev sarayında konserti baş tutub. Konsertə qatılan xalq artisti Zülfiyyə Xanbabayeva və əməkdar artist Röya Ayxan sənətçini ön sıradan izləyib.

Las Veqas Beynəlxalq Münasibətlər Şurasında Azərbaycana dair geniş təqdimat

11 Fevral 2019 10:58

ABŞ-ın Nevada Ştatında fəaliyyət göstərən nüfuzlu Las Veqas Beynəlxalq Münasibətlər Şurasının dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Şura üzvləri qarşısında Azərbaycana dair geniş təqdimatla çıxış edib. Olaylar.az bildirir ki, Nevadanın tanınmış ictimai-siyasi xadimlərinin, eləcə də Las Veqasda akkreditə olunmuş müxtəlif ölkələrin baş və fəxri konsullarının qatıldığı tədbirdə N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, ölkəmizin regionda, müsəlman dünyasında və hazırkı beynəlxalq münasibətlər sistemində oynadığı önəmli rolundan bəhs edib.

“Arşın mal alan” Özbəkistan Teatrının səhnəsində

11 Fevral 2019 10:45

Özbəkistan Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni aktyor heyəti tərəfindən hazırlanmış tamaşası nümayiş olunub. Tamaşanın təqdimatında Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri və jurnalistlər iştirak ediblər.

Elmlər Akademiyası müsabiqə elan edir: “Gənc qadınlar elmdə”

11 Fevral 2019 10:43

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müvafiq sərəncamına əsasən AMEA-nın gənc qadın alimləri üçün “Gənc qadınlar elmdə” müsabiqəsi elan olunur. Olaylar.az bildirir ki, müsabiqə elmin aktual və müasir problemləri üzrə Azərbaycan üçün prioritet olan istiqamətlərdə elmi tədqiqatlar aparan gənc xanımların elmi fəaliyyətini stimullaşdırmaq və qadınların elmin inkişafında rolunu daha da artırmaq məqsədilə keçirilir.