Gündəm

Mina Abbasovanın Polşada böyük qələbəsi

11 Fevral 2019 10:40

Polşanın Sosnoviç şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə Bədii gimnastika üzrə “Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışması kecirilib. Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Portuqaliya, Bolqarıstan, İsrail və Avstriyanın 20-dən çox klubunun mübarizə apardığı turnirdə Azərbaycanı həmyerlimiz, 8 yaşlı gimnast Mina Abbasova təmsil edib. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında keçirilən fərdi yarışlarda böyük rəqib ordusunun olmasına baxmayaraq fəxri kürsününun ən yüksək pilləsini tutmuş, qızıl medala sahib olmuşdur!

Hökumətdən müsəlman qadınlara qarşı SƏRT QƏRAR: Bundan sonra dövlət orqanlarında...

11 Fevral 2019 10:32

İsveçrənin Cenevrə Muxtar Respublikasında müsəlmanlara qarşı sərt qərar qəbul edilib. Dini simvolların rəsmi qurumlarda istifadə edilməsi qadağan olunub. Buraya müsəlman partiyaların qadın üzvlərinin baş örtüyü ilə dövlət orqanlarında işləməsi də daxildir. Qanun layihəsi Ali Məclisdə keçirilən referendumda 55% səs toplayıb. Referendum ölkədə dövlət və din münasibətlərindəki çərçivələri müəyyən etmək məqsədilə təşkil edilib.

Ramiz Mehdiyevdən VACİB SƏRƏNCAM

11 Fevral 2019 10:26

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib. Tdbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Muraddan Aslıya sürpriz

11 Fevral 2019 10:24

Murad Bozla Aslı Enverin münasibəti evlilik yolunda davam edir.  "İstanbullu gelin" serialının çəkilişləri üçün Bursada olan Envere Murad sürpriz edib. 

Latakiya və Hələb atəşə tutuldu

11 Fevral 2019 10:22

Silahlılar sutka ərzində Suriyanın Latakiya və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar. Bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-leytenant Sergey Solomatin bildirib.

Bakıda məşhur biznesmen lüks avtomobillə qəza törətdi – ÖLƏN VAR

11 Fevral 2019 10:21

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gecə saat 22 radələrində paytaxt sakini Vəliyev Sunay Məsud oğlu idarə etdiyi “Mercedes GLS” markalı, 99 VS 999 dövlət qeydiyyat nişanlı avtomobillə Zığ yolunda hərəkətdə olarkən Ağdam rayon sakini 1969-cu il təvəlüldlü Əliyev Müşfiq Sərdar oğlunu vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

“Avtomobilini əzmişdi deyə, maşınımı Elnarəyə vermədim”

11 Fevral 2019 10:17

Müğənni Zamiq Hüseynov ötən gün baş tutan konserti zamanı illər öncə həmkarı Elnarə Xəlilova ilə yaşadığı olaydan bəhs edib. O, sənətçinin yeni nişanlı olduğu vaxt avtomobil qəzası keçirdiyi zamanlardan söhbət açıb. “Biz Elnarə ilə veriliş aparırdıq. O da ağır qəza keçirmişdi. Gözləri isə çox zəif idi. Verilişdən çıxmadan öncə mənə dedi ki, maşınınla məni istədiyim ünvana düşürərsən? Mən də “əlbəttə” deyə, cavab verdim. Daha sonra “Olar ki, maşını mən sürüm” deyə, sual verdi. Mən də ilk öncə tərəddüd etdim, amma razı oldum. Daha sonra Elnarə “Olar ki, maşını mənə verəsən, özüm sürüb gedəm?” dedi. Mən də “Elnarə, maşın sənə qurbandır” dedim. 

Səfir Litzenberqer ABŞ-Azərbaycan Ticarət Palatasında

11 Fevral 2019 10:13

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenberqer Vaşinqton şəhərində fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının qonağı olmuşdur. Tədbirdə Ticarət Palatasının üzv və tərəfdaş şirkətləri, eləcə də ABŞ Administrasiyası, o cümlədən Dövlət Departamentinin və digər dövlət qurumlarının rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, biznes və analitik dairələrin nümayəndələri iştirak etmişlər.

ABŞ bir neçə həftəyə qoşunlarını Suriyadan çıxara bilər

11 Fevral 2019 10:07

ABŞ-ın quru qoşunlarının Suriyadan çıxarılması, ehtimal ki, bir neçə yaxın həftə ərzində başlayacaq. Bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votel deyib.

Xalq artisti nəvəsinə ad günü keçirdi

11 Fevral 2019 10:05

Xalq artisti Firuz Əliyev nəvəsinə ad günü edib.  F.Əliyevin oğlu Əlinin övladının 1 yaşı tamam olub.  Musiqiçi öz adını qoyduğu Firuzun özəl gününə sənət dostlarını da dəvət edib. Restoranlardan birimdə keçirilən gecədən şəkilləri qonaqlar sosial şəbəkədə yayıb. 

"İran atom bombasının hazırlanma düsturunu bilir, ancaq..." - Axunddan ŞOK AÇIQLAMA

11 Fevral 2019 10:02

“Nüvə enerjisinə yiyələnmək, bizim üçün həyati məsələdir. Biz, heç vaxt atom bombası düzəltmək niyyətində olmamışıq. Baxmayaraq ki, bizdə atom bombasının necə hazırlanmasının düsturu var, lakin biz heç bir zaman kütləvi qırğın silahlarına yiyələnmək, onlardan istifadə etmək niyyətində olmamışıq”. Bu sözləri Tehran cümə namazının imamı, Üləma Məclisinin üzvü axund Əhməd Hatəmi deyib.

Prezidentdən Yaqub Mahmudovla bağlı sərəncam

9 Fevral 2019 17:01

Azərbaycan Prezidenti İlham Əliyev Yaqub Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azercell Akademiyası il ərzində müxtəlif təşkilatlar üçün 231 təlim təşkil edib

9 Fevral 2019 17:00

Akademiya biznes və dövlət qurumları üçün peşəkar tədris proqramları təklif edir Azərbaycanda dövlət və özəl sektor üçün tədris və konsaltinq xidmətləri təşkil edən Azercell Akademiyası ötən il aktiv fəaliyyəti ilə seçilib. 2018-ci il ərzində Akademiya tərəfindən müxtəlif dövlət və özəl qurumlar üçün 231 təlim sessiyası təşkil olunub. Təlim alan təşkilatlar sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin tabeli qurumları olan Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Baktelecom, Aztelekom, AzIntelecom, eləcə də Avand Technology, Azeronline, ELCOM kimi şirkətlərin, “ASAN xidmət”in Çağrı mərkəzinin əməkdaşları, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləri var idi.

Buktreyler festivalının dördüncü mövsümünə start verilib

9 Fevral 2019 16:57

Kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Buktreyler festivalının növbəti, sayca dördüncü mövsümünə start verilib. Festivala aprelin 23-dək Dünya Kitab və Müəllif Hüquqları Günündə yekun vurulacaq. Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənən, onun ən maraqlı anlarını özündə əks etdirən videoçarx (treyler) və qısa filmdir.

Sarayda “Muğam dünyamız” olacaq

9 Fevral 2019 16:54

Martın 24-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə “Muğam dünyamız” adlı konsert proqramı təqdim olunacaq.