Gündəm
Nüşabə Afəti "dəli" adlandırdı: "Səviyyə başqadır..."
Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı arasında olan qalmaqal daha da böyüyüb. Ələsgərlinin Nəsiminin "Sığmazam" qəzəlinə yazdırdığı "Pəncü şeş" mahnısını tənqid etməsi Afəti əsəbiləşdirib. Tədbirlərin birində ifaçılar arasında mübahisə düşüb. Orada verdiyi sərt cavabdan sonra ürəyi soyumayan Afət İnstaqramında Nüşabənin Maykl Ceksonun mahnısını oxuyub rəqs edən videosunu yayaraq sərt sözlər yazıb:
Azərbaycan Prezidenti onları təltif etdi - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər: 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Məmmədov Azər Oqtay oğlu
Bolqar rejissor Xristo Stoyçev YUĞ Teatrında tamaşa hazırlayacaq
YUĞ Teatrı beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində daha bir irimiqyaslı layihə həyata keçirməyə hazırlaşır. Olaylar.az bildirir ki, tezliklə bolqar rejissor YUĞ Teatrında tamaşa hazırlayacaq. Hər zaman beynəlxalq əlaqələrin qurulmasını fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edən YUĞ Teatrı bolqar rejissor Xristo Stoyçevlə razılıq əldə edib. Razılaşmaya əsasən, rejissor YUĞ Teatrında U.Şekspirin “III Riçard” əsərində quruluş verəcək. H.Stoyçev U.Şekspirin əsərini yeni səhnə redaksiyasında təqdim etməyi planlaşdırır. Belə ki, tamaşada cəmi 4 obraz iştirak edəcək. Tamaşanın quruluşçu rəssamının da Bolqarıstandan dəvət olunması planlaşdırılır. Artıq bolqar rəssam Olqa Boseva ilə də ilkin razılıq əldə olunub.
Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq
Fevral ayının 18-də saat 19:00- da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin “Teatr sənəti” fakültəsinin tələbələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu”əsərinin motivləri əsasında (rus dilində) tamaşa nümayiş olunacaq.
Ziya Məmmədovun məşhur oteli söküldü - FOTO
Bakının Biləcəri qəsəbəsində yerləşən "Delfin" otel sökülüb. Sözügedən otelin yerinə hələ ki, heç nə tikilmir. Qeyd edək ki, “Delfin” hotel sabiq nazir Ziya Məmmədova məxsus olub və oğlu Anar Məmmədov idarə edirdi.
Jurnalistin xanımının müraciətinə Prezidentin köməkçisi reaksiya verdi
Məlum olduğu kimi, jurnalist Natiq Qocaman 1 fevral tarixindən insult səbəbindən koma vəziyyətinə düşüb və hazırda Mərkəzi Klinik xəstəxanada müşahidə altındadır. Jurnalistin xanımı Könül Qocaman həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib.
DİN-in baş idarə rəisinin müavini vəfat etdi
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini polis polkovniki Şükür Mehdiyev vəfat edib. Ş.Mehdiyev müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib. DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Əhalinin sosial rifah halının yüksəldilməsi dövlətin əsas prioritetidir
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onun aztəminatlı təbəqəsinin social rifah halının yaxşılaşdırılması daim dövlətin və xüsusilə də dövlət başçısının diqqət mərkəzində olan məsələlər sırasındadır. Müntəzəm olaraq dövlət başçısı tərəfindən atılan addımlar, imzalanan fərman və sərəncamlar da məhz bu məqsədə xidmət edir. Elə yanvarın 8-də imzalanmış minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da bu məqsədə xidmət edir. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilir.
"Dağlıq Qarabağ münaqişənin nizamlanmaması müharibə riskini artırır"
"Makron qondarma erməni “soyqırımı”nın yox, “sarı jiletlilər”in dərdini çəksin"
Manatın məzənnəsi dəyişdi?
“Oyuq”çular konsert proqramı ilə çıxış edəcəklər - “Sən bir nəğməsən”
Fevralın 9-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Sən bir nəğməsən” adlı konsert proqramı ilə çıxış edəcək. Olaylar.az bildirir ki, musiqili aksiyada studiyanın istedadlı vokalçıları ilə yanaşı Azərbaycan estradasının məşhur müğənnilərini də görəcəksiniz. Artıq səhnədə öz sözünü demiş bu ifaçılar balaca davamçıları ilə bir səhnəni bölüşəcək və studiyanın əsas ideyasını – gələcək uşaqların çiyinlərindədir - öz dəstəkləri ilə reallaşdıracaqlar.







.jpg)






