Ukraynalı deputat ölkənin məhvindən danışdı
12 Fevral 2019 14:26 DünyaAli Radanın deputatı Vadim Rabinoviç hesab edir ki, "kütlük və axmaqlıq" Ukraynanın məhvinə aparır.
Onun sözlərinə görə, Ukraynada ərzağın 70 faizinin qiyməti Böyük Britaniya və Almaniyadakından bahadır:
"Bu bizim maaşlarımızın on dəfə az olması ilə bağlıdır. Belə vəziyət ancaq məhvə məhkum edilmiş ölkədə mümkün ola bilər".
Parlamentari qeyd edib ki, onun gözləri önündə böyük, qüdrətli ölkə məhv edilir: "Üç səbəbdən - axmaqlıq, kütlük və pis niyyətdən belə olur. Biz isə sizinlə necə öldürüldüyümüzü seyr edirik və susuruq".(teleqraf.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31