“Sabahın alimləri” VIII respublika müsabiqəsinin açılışı oldu

“Sabahın alimləri” VIII respublika müsabiqəsinin açılış mərasimi keçirilib. Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan danışıb. Bildirib ki, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Nazir müavini  ölkəmizdə ənənəvi olaraq keçirilən “Sabahın alimləri” müsabiqəsinin məqsədinin gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəltmək olduğunu deyib. 

"Sabahın alimləri" VIII respublika müsabiqəsinin açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan danışıb. Bildirib ki, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib.

Nazir müavini  ölkəmizdə ənənəvi olaraq keçirilən "Sabahın alimləri" müsabiqəsinin məqsədinin gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəltmək olduğunu deyib. 

Tədbirdə Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət Mehdiyeva və digərləri çıxış edərək ölkədə həyata keçirilən gənclər, təhsil və elm siyasətinin uğurlarından danışıb, müsabiqənin gənclərin istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunur. Ən yaxşı layihələrin qalibləri isə ABŞ-da hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin qatıldığı Intel ISEF sərgisində iştirak edəcək.

"Sabahın alimləri" VIII Respublika müsabiqəsi fevralın 14-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31