Mikayıl Cabbarov: Bu, son 16 ildə ən çox iştirakçının qatıldığı turnirdir
18:35 Sosial"Qürurla qeyd etmək istəyirəm ki, Azərbaycanın ev sahibliyi etdiyi bu yarış son 16 ildə keçirilən analoji çempionatlar arasında ən çox iştirakçının qatıldığı turnir olub".
Olaylar xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Bakıda keçirilən U-17 dünya çempionatının açılış mərasimində deyib.
O bildirib ki, yarışda 677 idmançı, 270 məşqçi və 34 beynəlxalq dərəcəli hakim iştirak edir:
"Ümumilikdə isə bu tədbirlə əlaqədar mindən çox nümayəndə ölkəmizə gəlib. İştirakçıların sayının bu qədər çox olması Dünya Güləş Birliyinin Azərbaycana göstərdiyi etimadın, eləcə də ölkəmizin beynəlxalq idman tədbirlərini ən yüksək standartlar səviyyəsində təşkil etmək imkanlarının növbəti təsdiqidir".
Mikayıl Cabbarov Dünya Güləş Birliyinin rəhbərliyinə, Büro üzvlərinə və qurumun prezidenti Nenad Laloviçə təşəkkürünü bildirib.