Arpine Hovhannisyan: "Müxalifət hakimiyyəti tənqid etməkdən ziyadə öz siyasi gündəminə fokuslanmalıdır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın keçmiş ədliyyə naziri Arpine Hovhannisyan yeni seçilən parlamentdə yer alan müxalif qüvvələri hakimiyyətin səhvlərini saymaqdan əl çəkib, diqqəti öz siyasi planlarının reallaşdırılmasına yönəltməyə çağırıb. Siyasətin teatr olmadığını və yalnız nəticələrlə qiymətləndirildiyini bildirən Hovhannisyan, müxalifətin hər bir addımının bəyan edilən siyasi məqsədə nə dərəcədə yaxınlaşdırması meyarı ilə ölçülməli olduğunu vurğulayıb. 

Qeyd edək ki, avqustun 3-də fəaliyyətə başlayacaq 105 deputatlıq Ermənistan Milli Məclisinin yeni tərkibinə "Vətəndaş Müqaviləsi" (64 mandat), "Güclü Ermənistan" (29 mandat) və "Ermənistan" (12 mandat) siyasi qüvvələri daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31