İran Rusiyanı kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə çağırıb- ÖZƏL
14:01 Siyasətİranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, Tehran və Moskva kibertəhdidlərə qarşı mübarizədə əməkdaşlığı genişləndirməlidir. O qeyd edib ki, hər iki ölkənin enerji, nəqliyyat, bank və rabitə infrastrukturu son illərdə mürəkkəb kiberhücumlarla üzləşib və bu risklərə qarşı birgə fəaliyyət, strateji planlaşdırma və beynəlxalq əməkdaşlıq vacibdir.
Olaylar.az xəbər verir ki, səfir bu fikirləri Moskvada keçirilən Positive Hack Camp kibertəhlükəsizlik düşərgəsinin açılış mərasimində səsləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31