Gündəm

İçərişəhərdə  Stokholma aid sərgi

21 May 2019 10:21

 İyunun 7-də “Art Tover” rəsm qalereyasında gənc rəssam Aytən Abdullayevanın “Stokholm- sütunlar üzərində ada” adlı rəsm sərgisi açılacaq.

“Kulturologiya və Azərbaycan incəsənəti” mövzusunda seminar keçiriləcək

21 May 2019 10:16

Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət Assosiasiyası “Simurq” Kulturologiya Mərkəzi və Azərbaycan Kulturoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Milli İncəsənət Muzeyində “Kulturologiya və Azərbaycan incəsənəti” mövzusunda seminar keçiriləcəkdir.

“Huawei” əməliyyat sisteminin adı məlum olub

21 May 2019 10:12

Çinin “Huawei” şirkətinin əməliyyat sistemi “Hongmeng” adlanacaq. Məlumata görə, şirkət tərəfindən istifadəçilərə bütün “Huawei” və “Honor” smartfon və planşetləri üçün təhlükəsizlik sistemi yenilənmələri və satışdan sonrakı xidmətin göstərilməsi ilə təmin ediləcəyinə zəmanət verilir.

Tramp OD PÜSKÜRDÜ: İran xalqı adına üzülürəm

21 May 2019 09:56

“Yalan xəbərlər, heç bir bilgiləri olmadan ABŞ-ın İran ilə müzakirəyə getməyə çalışdığına dair yanıldıcı açıqlamalar yayımlandı. Bu, yanlış bir hesabatdır. İran hazır olanda bizə zəng edəcək”.

“Qarmonun əfsanəsi” təqdim edəcək -  Muğam Mərkəzində

21 May 2019 09:54

May ayının 22-də saat 18:00-da Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar” layihəsi çərçivəsində çap etdiyi əfsanəvi qarmon ifaçısı Əhəd Əliyevə (Kor Əhəd) həsr olunmuş “Qarmonun əfsanəsi” kitabının təqdimat mərasimini keçirəcək. Olaylar.az bildirir ki, kitabın müəllifləri Gülhüseyn Kazımlı və Aleksandriya Sevinc Sultanzadə - fon Brüseldorffdur.

Vaqif Səmədoğlunun yubileyi keçiriləcək  

21 May 2019 09:51

Mayın 24-də Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı anım tədbiri keçiriləcək. Olaylar.az bildirir ki, yubiley tədbirində dövlət rəmiləri, ədəbiyyat və incəsənət xadimləri, oxucular iştirak edəcək.

Ərdoğan Türk Şurasının nümayəndə heyətini qəbul etdi

21 May 2019 09:50

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreevin rəhbərliyi etdiyi nümayəndə heyətini qəbul edib.

UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu

21 May 2019 09:41

30 iyun -10 iyul tarixlərində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçiriləcək. Bununla əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Təşkilat komitəsi yaradılıb. Olaylar.az bildirir ki, təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir.

Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı

21 May 2019 09:39

Yeni Azərbaycan Partiyası (YAP) ilə Mədəniyyət Nazirliyi arasında “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair birgə Fəaliyyət planı” ilə bağlı sənəd imzalandı. Olaylar.az bildirir ki, sənəd 2019-2020-ci illəri əhatə edir.

Meksikada cinayətkarlarla atışmada 10 nəfər öldürüldü

21 May 2019 09:37

Meksikanın Oahaka və Tamaulipas ştatlarında 10 nəfər atışmanın qurbanı olub. Bu barədə "Golfo Pacifico" agentliyi məlumat yayıb. Oahaka ştatının prokuroru bildirib ki, naməlum silahlılar Teuantepekdə 6 nəfərə atəş açıblar. Nəticədə onların hamısı həlak olub. Ölənlərdən 4-ü qadın, 2-i kişidir.

Kraliça sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır - FANTASTİK MAAŞ

21 May 2019 09:35

Böyük Britaniya Kraliçası II Elizabet sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır. Kraliça Elizabet bütün hadisə barədə xəbərləri, o cümlədən elanları və saray ziyarətləri ilə bağlı məlumatları paylaşacaq işçiyə ayda 30 min funt ödəyəcək.

Zelenski ilk olaraq Gürcüstan prezidenti ilə görüşdü

20 May 2019 18:40

Zelenski ilk olaraq Gürcüstan prezidenti ilə görüşdü

“Google” istifadəçilərin satınalmasını izləyir?

20 May 2019 16:28

“Google” istifadəçilər tərəfindən edilmiş satınalmalar haqqında informasiyanı yadda saxlayır. “CNBC”-nin jurnalisti Todd Heyzelton buna diqqət yönəldib. O, "Satınalmalar" (Purchases) vərəqində son 5 il ərzində bütün öz satınalmalarının siyahısını aşkar edib. Bütün istifadəçilər müvafiq bölməyə daxil ola bilərlər.

“Mateo Falkone” filmi yeniləşmiş versiyada  təqdim olunacaq

20 May 2019 16:26

Mayın 22-də saat 19:00-da Nizami Kino Mərkəzində “Balans” milli rəqəmsal studiyasında bərpa edilmiş, görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər şərçivəsində “Mateo Falkone” filmi yeniləşmiş versiyada tamaşaçılara təqdim olunacaqdır.