Gündəm
"Tarqovı"ya girişin məhdudlaşdırılması xəbərinə – RƏSMİ AÇIQLAMA
"Tarqovı"ya girişin məhdudlaşdırılması xəbərinə – RƏSMİ AÇIQLAMA
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
Mayın 21-də Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” hotelində paytaxtımızda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi. Olaylar.az bildirir ki, auksion ölkəmizdə mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədilə təşkil olunub.
“Facebook” İsveçrədə maliyyə və texnoloji xidmətlər təşkilatı açıb
ABŞ-ın “Facebook” şirkəti İsveçrədə maliyyə və texnoloji xidmətlərin göstərilməsində ixtisaslaşacaq törəmə təşkilat təsis edib. Bu barədə “Reuters” agentliyi Cenevrə kommersiya təşkilatları reyestrinə istinadən məlumat verib.
Qafqaz Albaniyasına aid xristian abidəsində tədqiqat işləri aparılıb
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri, Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovtərəfindən Balakən rayonunun Tülü kəndi ərazisindəki Qafqaz Albaniyasına aid xristian abidəsində tədqiqat işləri aparılıb.
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə
Mayın 22-də Azərbaycan Xalça Muzeyində Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Söz” ədəbi layihəsi Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Əlil Təşkilatları İttifaqı və “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyinin iştirakı ilə “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək.
“Jurnalist Fuad Abbasova dəstək olmalı, ona mənəvi dəstək göstərməliyik” – Bəhruz Quliyev
“Müstəqil jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya olunması məsələsi arxasında bilavasitə anti-Azərbaycan xarakterli qüvvələrin dayanması şübhəsizdir”. Bu fikirləri Olaylar.az-a siyasi ekspert, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun bu ölkədən deportasiya olunacağı ilə bağlı qərarını şərh edərkən deyib.
“Starship” raketinin prototipləri hazırlanır
ABŞ-ın “SpaceX” şirkəti “Starship” raketinin Cənubi Texasda yerləşən zavodda 100 nəfərlik sərnişin tutumuna malik kiçildilmiş prototipini hazırladıqdan sonra Floridanın kosmik sahillərində istehsal və işləmələr üzrə analoji işlərə başlayıb. Şirkətin təsisçisi və baş direktoru İlon Mask bu həftə raketin eyni anda Texas və Floridada yeni versiyalarının hazırlanmasını təsdiqləyib.
“Qızıl pillə” adlı Milli Kinofestival təsis edildi
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni Milli Kinofestival təsis edib. “Qızıl pillə” adlanan Milli Kinofestivalı keçirməkdə məqsəd ölkəmizdə milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.
İpək Yolu üzərində intellektual idman
Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Azərbaycan və Çin intellektual oyunları” adlı tədbir keçirilib.
İlham Əliyev qatarla Keşlə vağzalına getdi - FOTO
“Azərbaycanım” rəsm müsabiqəsinin yekun sərgisi açılıb
Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Azərbaycanım” adlı ikinci respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb. Olaylar.az bildirir ki, sərgidə müsabiqədə iştirak edən 12 yaşa qədər uşaqların 160 əsəri nümayiş edilir.
Xalq artisti Oqtay Kazıminin mahnıları səslənəcək
İyunun 25-də Heydər Əliyev Sarayında unudulmaz bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert proqramı təqdim olunacaq.
“Komandir” romanının növbəti təqdimatı olacaq
Mayın 25-i saat 15-17 arası Kitabevim.az kitab mağazasında (“28 May” metrostansiyası yaxınlığı) Şərif Ağayarın “Komandir” romanının növbəti təqdimatı və imza mərasimi keçiriləcək.
“Ah, bu uzun sevda yolu” nümayiş ediləcək
Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilən “Ah, bu uzun sevda yolu” tamaşası növbəti dəfə nümayiş olunacaq. Olaylar.az bildirir ki, mayın 31-də təqdim ediləcək səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.
ÜST XƏBƏRDARLIQ EDİR: 5 milyon insan təhlükədədir
Ümumdünya Səhiyyə Təşkilatı Ebola virusu ilə bağlı xəbərdarlıq edib. Təşkilatın baş katibi Tedros Adhanom Konqo Demokratik Respublikasında ötən ilin iyul ayında baş qaldıran Ebola epidemiyasının hələ də dünya üçün yüksək risk daşıdığını deyib.








.jpg)





