Gündəm

Ali Məhkəmə Saakaşvilini “həbsdə saxladı”

22 May 2019 10:44

Gürcüstan Ali Məhkəməsi Tiflis Apellyasiya Məhkəməsinin Mixail Saakaşvili haqda çıxardığı 3 illik həbs cəzası qüvvəsində saxlayıb. Bu məlumatı Gürcüstanın Baş Prokurorluğu yayıb. Bildirilib ki, Ali Məhkəmə Saakaşvilinin vəkillərinin qərarın ləğv edilməsi ilə bağlı verdikləri şikayəti təmin etməyib.

Kraystçörçdən olan atıcıya qarşı terror ittihamı irəli sürülüb

22 May 2019 10:43

Yeni Zelandiya polisi Kraystçörç şəhərində iki məscidə hücum edən Brenton Tarranta qarşı terror ittihamı irəli sürüb. Bu barədə Yeni Zelandiya polisinin saytında məlumat verilir.

İrəvanlı-qarabağlı savaşı açıq müstəviyə çıxdı

22 May 2019 10:35

Bako Saakyanın Robert Köçəryanla birləşməsi Paşinyan hakimiyyətini çox narahat edir və buna görə də o, xalqı küçələrə çağırıb. Bu sözləri Nikol Paşinyanla separatçı rejimin rəhbəri Bako Saakyan arasında olan gərginliyi şərh edən politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, Ermənistanda gərginliyin bu qədər uzanacağı təxmin edilmirdi:

Trampdan dərin dövlətlə bağlı SENSASİON ETİRAF: Onlar istəyir ki, biz İranı...

22 May 2019 10:31

Prezident Donald Trampı ABŞ hərbi-sənaye kompleksi müharibəyə məcbur edir. Bu barədə prezident özü “Fox News” kanalına müsahibəsində danışıb. Tramp bildirib ki, İranla müharibə aparmaq istəmir, lakin dərin dövlət daim onu hərbi münaqişəyə doğru itələyir.

Dövlət Agentliyinin sədri “SAP SE” şirkətinin vitse-prezidenti ilə görüşüb

22 May 2019 10:30

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “SAP SE” şirkətinin İctimai Xidmətlər üzrə vitse-prezidenti Natalia Panina ilə görüşüb.

İlhamədən Zaura etiraz

22 May 2019 10:23

Ötən gün “Yeni ulduz” iştirakçıları və müğənni Niyam Salami arasında yaranan qalmaqala yarışmanın dördüncü mövsümünün qalibi İlhamə Qasımova da qoşulub. Hazırda Amerikada yaşayan sənətçi həmkarının fikirlərinə etiraz edərək, onu və aparıcı Zaur Kamalı qınayıb. Bu haqda Axşam.az-ın İnstaqram səhifəsindəki paylaşımın şərh bölümündə yazan müğənni Niyamı xalqa hörmətsizlik etməkdə günahlandırıb:

“Instagram” istifadəçilərinin telefon nömrələri və elektron poçtları internetə yerləşdirilib

22 May 2019 10:18

2019-cu il mayın 20-də informasiya təhlükəsizliyi üzrə mütəxəssis Anuraq Sen “Instagram” istifadəçilərinin məlumat bazasının internetdə yerləşdirilməsi haqqında məlumat verib. Məlumat bazasında tanınmış bloqer və brendlərin əlaqə informasiyası, həmçinin telefon nömrələri və elektron poçtları var.

22 il sonra İraqda BİR İLK yaşanacaq

22 May 2019 10:14

İraqda 22 il sonra bir ilk yaşanacaq. 2020-ci ildə ölkə miqyasında əhalinin siyahıya alınmasına başlanacaq. Bu barədə İraq Planlaşdırma naziri Sabah Diləymi açıqlama verib. Nazir bildirib ki, siyahıyaalma gələn ilin oktyabr ayında start götürəcək.

Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu

22 May 2019 10:10

Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirildi. Olaylar.az bildiirir ki, filarmoniyada təhsil alan uşaqlar teatrlaşdırılmış səhnəciklə qonaqları foyedə qarşılayaraq təmirdən çıxmış binanın müjdəsini verdilər.

Nazir və səfirin xanımı ilə fotosunu paylaşdı

22 May 2019 10:06

Mədəniyyət naziri Əbülfəs Qarayevin xanımı ilə fotosu yayılıb. Şəkli Xalq artisti Elçin Əzizovun həyat yoldaşı Həmidə Məlikova sosial şəbəkədə paylaşıb.

Cakartada toqquşmalar: 6 ölü, 200 yaralı

22 May 2019 10:03

Çərşənbə günü səhər tezdən İndoneziyanın paytaxtı Cakartanın mərkəzi rayonunda Seçkiləri Müşahidə Agentliyinin binası qarşısında bir neçə yüz etirazçının dağıdılması üçün polis gözyaşardıcı qaz tətbiq edib. Bu barədə yerli "Jakarta Globe" nəşri yazıb.

Türkiyə ABŞ qarşısında GERİ ÇƏKİLDİ

22 May 2019 10:02

Türkiyə idxal etdiyi ABŞ istehsalı 22 məhsula tətbiq olunan gömrük vergisində endirim edib. Sözügedən gömrük vergisi yarıbayarı endirilib. Qərar Türkiyə Rəsmi Qəzetində yayımlanıb. Siyahıda meyvə, tütün, kosmetika məhsulları, spirtli içki, avtomobil, kağız məhsulları yer alıb.

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub

21 May 2019 16:22

May ayının 21-i Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində "Təbiətdən Tarixə" adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun açılış mərasimi baş tutub. Olaylar.az bildirir ki, tədbiri giriş nitqi ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açıb. O, qonaqları salamlayaraq Şəkinin qədim və zəngin tarixi haqqında məlumat verib.

“Qartal yuvası” filminin təqdimatı keçirildi

21 May 2019 16:16

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçirildi. Olaylar.az bildirir ki, “Milli Qəhrəmanlar” silsiləsindən “Salnaməfilm” studiyasında çəkilən filmin rejissoru Çingiz Həsənovdur.

"Ticarət necə gedir?" - Prezidentin satıcılarla dialoqu- VIDEO

21 May 2019 16:15

"Ticarət necə gedir?" - Prezidentin satıcılarla dialoqu