Cakartada toqquşmalar: 6 ölü, 200 yaralı

Çərşənbə günü səhər tezdən İndoneziyanın paytaxtı Cakartanın mərkəzi rayonunda Seçkiləri Müşahidə Agentliyinin binası qarşısında bir neçə yüz etirazçının dağıdılması üçün polis gözyaşardıcı qaz tətbiq edib. Bu barədə yerli "Jakarta Globe" nəşri yazıb.

Çərşənbə günü səhər tezdən İndoneziyanın paytaxtı Cakartanın mərkəzi rayonunda Seçkiləri Müşahidə Agentliyinin binası qarşısında bir neçə yüz etirazçının dağıdılması üçün polis gözyaşardıcı qaz tətbiq edib.

Bu barədə yerli "Jakarta Globe" nəşri yazıb.

Cakartanın qubernatoru Anis Basvedana istinadən "Detik" portalı isə məlumat yayıb ki, nümayişçilərlə polis arasında baş verən qarşıdurmalar nəticəsində ən azı 6 nəfər ölüb, 200 nəfər yaralanıb.

"Hazırda 6 nəfərin öldüyü məlumdur, 200-dən çox yaralı paytaxt xəstəxanalarına yerləşdirilib", - deyə şəhər rəisi bildirib.

Qeyd edək ki, İndoneziya Mərkəzi Seçki Komissiyası bazar ertəsi axşam seçkidən sonra toplanan səslərin sayılması prosesini yekunlaşdırıb. Hazırkı prezident Joko Vidodo 55,5% səs toplayaraq qələbə qazanıb. Onun rəqibi Prabovo Subiantonu seçicilərin 44,5% -i dəstəkləyib.

Etirazçılar seçkinin nəticələrini qəbul etməyən Subianto və vitse-prezident Sandiaqa Unonun tərəfdarlarıdırlar (Report).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31