Ramiz Göyüş Yunus O]uzu və "Olaylar"-ı təbrik etdi

"Olaylar" İnfotrmasiya Agentliyinin və eyni adlı qəzetin

baş redaktoru cənb Yunus Oğuza

Hörmətli Yunus bəy!

Sizi və rəhbərlik etdiyiniz "Olaylar" İnformasiya Agenttliyinin, eyni zamanda "Olaylar" qəzetinin kollektivini 22 İyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, şərəfli və məsul işinizdə uğurar arzulayıram.

Siz və rəhbərlik etdiyiniz kollektiviniz Azərbaycan mətbuatının banisi Həsən Bəy Zərdabi ənənələrini uğurla və yaradıcılıqla davam etdirərək 30 idən çox bir müddət ərzində şərəfli bir yol keçmiş, müstəqil Azərbaycanımızın mətbuatının inkişafına sanballı töhfələr vermisiniz.  Fəaliyyətiniz dövründə müstəqil dövlətçiliyi və milli mənefeni rəhbər tutaraq daima fəal, obyekti və  qərəzsiz, mövqe tutmuş, müstəqilliyimizin ilk illərindən bu günüədək, xüsusilə Qarabağ münaqsişəsinin ədalətli həlli ilə əlaqədar, habelə 44 günlük Vətən Müharibəsi dövründə və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında dövlətimizin yanında olmuş, peşəkarlıq, fədakarlıq və çeviklik nümayiş etdirərək ölkə və dünya ictimaiyyətinə Ermənistan- AZərbaycan-Dağlıq Qarabağ müharibəsi ilə əlaqədar, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında məlumatların çatdırılmasında fəal mövqe nümayiş etdirmisiniz. Bu istiqamətdə fəaliyyəttinizi bu gün də uğurla davam etdirirsiniz

Çağdaş mətbuatımızın öncüllərindən biri olan "Olaylar" mətbu orqanının rəhbəri kimi sizi və sizin şəxsinizdə kollektivinizi əlamətdar gün- 22 İyul Milli Mətbuat Günü münasibətilə bir daha səmimiyyətlə təbrik edir, hər birinizə möhkəm can sağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

"Olaylar"ın yaxın dostu Ramiz Göyüş

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31