Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu

Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirildi. Olaylar.az bildiirir ki, filarmoniyada təhsil alan uşaqlar teatrlaşdırılmış səhnəciklə qonaqları foyedə qarşılayaraq təmirdən çıxmış binanın müjdəsini verdilər.

Mərasimdə iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev filarmoniyanın təmirdən sonrakı vəziyyəti ilə tanış oldu. Təmir işlərinin yüksək səviyyədə təşkil edildiyini bildirən nazir Uşaq Filarmoniyasının açılışını ölkəmizin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirdi.

Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyev uşaqlara hər zaman böyük qayğı göstərirdi və bu gün bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Direktor qeyd etdi ki, Uşaq Filarmoniyası balacaların bədii-estetik inkişafında, istedadlarının üzə çıxmasında, onların formalaşması ilə əlaqədar sistemli iş aparır. 

Çıxışlardan sonra Uşaq Filarmoniyasının təşkil etdiyi rəngarəng konsert proqramı təqdim edildi. Proqramda uşaqlar tərəfindən təqdim olunan rəqs, teatr səhnəcikləri, vokal və muğam nömrələri böyük alqışlarla qarşılandı.

Konsert proqramını izləyən nazir bir daha uşaqları təbrik edərək onlara yeni təmirdən çıxmış binada nailiyyətlər arzuladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31