Gündəm

Mey mayın 24-də istefa verəcək

23 May 2019 10:11

Böyük Britaniyanın baş naziri Tereza Mey hökumətlə “Brexit” üzrə fikir ayrılıqları fonunda mayın 24-də istefasını elan edəcək. Bu haqda hökumətdəki mənbələrə istinadən “The Times” qəzeti bildirib. Nəşrin məlumatına görə, Britaniyanın baş naziri "Tory" sıravi parlamentarilərini birləşdirən və partiya lideri seçimi və ya onun dəyişdirilməsi məsələlərini müəyyən edən 1922 Komitəsinin rəhbəri Qrem Breydi cümə gününə təyin edilmiş görüşdən sonra postundan gedişini elan edə bilər.

Anar Mədətovun qızı da atasının soyadından İMTİNA ETDİ - FOTO

23 May 2019 10:09

Məşhur prodüser Anar Mədətovun qızı Ayşə də atasının soyadından imtina edib. Bu barədə “Qarabağ”ın futbolçusu Mahir Əmrili instaqramda məlumat verib. Bacısını doğum günü münasibəti ilə təbrik edən futbolçu onu Əmrəli kimi qeyd edib. Ayşə Mədətov soyadından imtina edərək, sosial media hesabında adını “Əmrəli” ilə dəyişib.

Akademik Musiqili Teatr Afaq Bəşirqızı ilə Qəbələdə

22 May 2019 16:35

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq. Olaylar.az bildirir ki, tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq Teatr bayram günlərində iyunun 5-də saat 19:00-da Qəbələ Konqress Mərkəzində milyonların sevimlisi, "Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” iki hissəli komediyasını nümayiş etdirəcək.

Tələbələr “Yunan Allahları” şeiri əsasında tamaşa nümayiş etdirdilər

22 May 2019 15:38

Mayın 22-də Azərbaycan Dillər Universitetində (ADU) alman şairi Fridrix Şillerin “Yunan Allahları” şeiri əsasında tamaşa nümayiş olunub. Olaylar.az bildrir ki, alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə səhnələşdirilən tamaşanın ideya müəllifi ADU-nun rektoru, akademik Kamal Abdulla, ssenari müəllifi kafedranın müdiri Qahirə Axundova, rejissoru Faiq Mirzə, quruluşçu rəssam və səs effektləri üzrə məsul şəxs kafedranın əməkdaşı Leyla İsmayılzadədir.

Avropanın smartfon bazarının həcmi 20% azalıb

22 May 2019 15:19

2019-cu ilin birinci rübündə Avropanın smartfon bazarının həcmi ötən üç ayla müqayisədə 20%, ötən illə müqayisədə isə 3% azalıb. “Counterpoint Technology Market Research” şirkətinin analitiklərinin məlumatı buna sübutdur.

Mədəniyyət könüllülüyünə ADMİU-nun tələbələri də qoşuldu

22 May 2019 14:27

Mayın 22-də  Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılğı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilmişdir. Olaylar.az bildirir ki, tədbirin təşkilində əsas məqsəd mədəniyyət və incəsənət sahələrində çalışanlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir.

Bakıda özünü binadan atan 17 yaşlı oğlanın intiharının ŞOK TƏFƏRRÜATI

22 May 2019 14:27

Bakıda özünü binadan atan 17 yaşlı oğlanın intiharının ŞOK TƏFƏRRÜATI

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

22 May 2019 14:26

24-26 iyun 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirəcək.

Qitədən-qitəyə filmsevərlər

22 May 2019 13:59

Film sənətin ən əksiksiz növüdür. Burada musiqi, mətn, duyğu, format hər biri əks olunur. Yaradıcı heyət öz potensiallarını ortaya qoyur.  Zəif potensiallar belə biri-birinə uyğun olduğu zaman gözəl bir film ortaya çıxır. Çünki dəfələrlə peşəkar və qüsursuz görünən komanda arasında vəhdət olmadığı zaman yetərsiz filmlərin ortaya çıxdığının şahidi olmuşuq.  Dünya kinematoqrafiyasında iz qoyan filmlərin əksəriyyətinin mərkəzində məhz insan amili dayanıb. İnsan amilinin gücü ilə cəmiyyətin içində yer alan müxtəlif xəstəliklər müalicə olunur.

Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyeva xatirəsi yad edildi

22 May 2019 12:19

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın anadan olmasının  120 illiyinə (1899-1991) həsr olunmuş xatirə tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə tarixçi alimlər, muzey əməkdaşları, Sara Tağıyevanın ailə üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Muzeyin Elmi katibi, t.ü.f.d. dos. Fərhad Cabbarov açaraq, Sara xanım Tağıyevanın həyat yolu, çəkdiyi məhrumiyyətlər və muzeyin fondlarında ona aid qorunan zəngin sənədli materiallar haqqında danışıb.

Fuad Abbasovun həbsinin arxasındakı gizli məqamlar – Şok iddia

22 May 2019 11:33

Fuad Abbasovun həbsinin arxasındakı gizli məqamlar – Şok iddia

Nura Suri əməliyyat olunub

22 May 2019 11:06

Müğənni Nura Suri əməliyyat olunub. O, bir neçə gün öncə özəl xəstəxanalarının birində əməliyyat keçirib. İfaçının bədəninə estetik müdaxilə etdirdiyi bildirilir. Hazırda müğənni evə buraxılıb.

“Gənc musiqiçilərin Respublika festivalı”na yekun vurulub

22 May 2019 11:01

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Hacıbəyovlar sülaləsinin iki görkəmli nümayəndəsi Soltan Hacıbəyovun 100 və onun oğlu İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş “Gənc musiqiçilərin Respublika festivalı”na yekun vurulub.

“Google”un süni intellekti ağciyər xərçəngini həkimlərdən daha yaxşı aşkar edir

22 May 2019 10:57

Süni intellekt əsasında işləyən diaqnostika sistemləri ağciyər xərçəngini sertifikatlaşdırılmış həkimlərlə müqayisədə daha yaxşı aşkar edir. “Google”un mühəndisləri tərəfindən ABŞ-da bir sıra tibbi mərkəzlərin iştirakı ilə keçirilmiş araşdırmaya əsasən, kompüter alqoritmləri 94% halda xərçəng xəstəliyinin əlamətlərinə düzgün diaqnoz qoyur.

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Balakəndə

22 May 2019 10:55

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu olub.