Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
21 İyul 20:13 DünyaABŞ Prezidenti Donald Tramp İran tərəfinin görüş istədiyini bildirib.
Olaylar xəbər verir ki, bu barədə ABŞ lideri Livan Prezidenti Cozef Aunla görüş zamanı jurnalistlərə deyib.
"Onlar çox istəyirlər ki, görüşsünlər. Amma onlar hazır olana qədər bizim görüşmək marağımız yoxdur", - deyə o qeyd edib.
Tramp həmçinin Hizbullah hərəkatının rəhbərliyi ilə birbaşa dialoqa hazır olduğunu söyləyib.
"Əgər Livan Prezidenti mənim Hizbullahla danışmağımı istəsəydi, mən bunu edərdim" - Tramp qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31