Gündəm

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna baxış keçirilib

23 May 2019 16:42

Mayın 22-də “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna baxış keçirilib. Olaylar.az bildirir ki, İnstitutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə birgə ərazidəki vəziyyətlə tanış olub.

"Balaca şahzadə" dörd dəfə nümayiş olunacaq - Azərbaycan Dövlət Akademik Musiqili Teatrda

23 May 2019 16:37

Bu həftə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı çoxsaylı tamaşaçı istəyini nəzərə alaraq məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı dörd dəfə təqdim edəcək. Olaylar.az bildirir ki, səhnə əsəri 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə mayın 31-də saat 13:00 və saat19:00-da, iyun ayının 1-də saat 12:00 və 19:00-da nümayiş ediləcək.

Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar

23 May 2019 16:33

“Bu gün Azərbaycan beynəlxalq tədbirlərə, qitəmiqyaslı idman yarışlarına ev sahibliyi edir. Təbii ki, bu amil ölkəmizdə mükəmməl infrastrukturun mövcud olması ilə yanaşı, həyata keçirilən uğurlu siyasət, sabitlik, inkişaf və təhlükəsizliklə bağlıdır. Azərbaycanın malik olduğu bu müsbət dəyərlər onu dünyanın diqqət mərkəzində saxlamaqla yanaşı, beynəlxalq birliyin arzulanan bir üzvünə çevirib. Sözsüz ki, uğurlarımıza sevinənlərlə bərabər, gündən-günə yüksələn imicimizi qaralamağa, ləkələməyə çalışan “qüvvələr” də var. Erməni lobbisinin və onların havadarlarının əlində alətə çevrilən bu cür qərəzli dairələr zaman-zaman, fürsət düşdükcə öz çirkin planlarını həyata keçirməyə, anti-Azərbaycan kampaniyası aparmağa cəhd edirlər.

“Android” sistemi üçün “Tor” brauzerinin rəsmi versiyası buraxılıb

23 May 2019 12:12

“Tor Project” qeyri-kommersiya təşkilatı “Android” əməliyyat sistemi üçün “Tor” anonim brauzerinin rəsmi versiyasını təqdim edib. “Tor Browser 8.5” adlı versiya ilk stabil buraxılışdır. Ümumi sınaq üçün ilkin versiya 2018-ci ilin sentyabrında işıq üzü görüb.

Mobil operatorların rominq qiymətləri: Hansı daha sərfəlidir?

23 May 2019 12:06

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların rominq qiymətləri xarici ölkədən və həmin ölkədəki mobil operator seçimindən asılı olaraq dəyişir. Ölkəmizdəki mobil operatorların bir sıra ölkələr üzrə rominq qiymətlərini araşdırılıb. 

“Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində

23 May 2019 11:47

Türkiyə Dəyanət Vəqfi (TDV) tərəfindən 38-cisi keçirilən Türkiyə Kitab və Mədəniyyət Sərgisinin açılışı baş tutub. Olaylar.az bildirir ki, Türkiyənin tanınmış 105 nəşriyyat evinin qatıldığı sərgi mayın 31-dək öz işini davam etdirəcək.

Tecavüzcüsünün kafasını kesip köy meydanına atmıştı! Nevin Yıldırım hakkında flaş gelişme

23 May 2019 10:57

Nevin Yıldırım, kendisine tecavüz eden Nurettin Gider'i av tüfeği ile öldürdükten sonra başını keserek köy meydanına atmıştı. Isparta'nın Yalvaç ilçesinde yaşanan bu olay Türkiye'nin gündemine oturmuştu. Son dakika haberine göre sanık Nevin Yıldırım'a verilen müebbet hapis kararı üst mahkeme tarafından onandı.

“O olmasın, bu olsun” 60-cı dəfə nümayiş olunacaq

23 May 2019 10:54

Mayın 23-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası 60-ci dəfə nümayiş olunacaq. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin “ZİRVƏ” Mükafatına layiq görülmüş möhtəşəm tamaşa Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. İllərdir səhnədən düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır.

Ən çox kitab oxuyan sakinlər mükafatlandırıldı - Qusarda

23 May 2019 10:35

Qusarda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təşkil olunan “Oxu bayramı”nda rayondakı kitabxanaların daha çox kitab oxuyan üzvləri mükafatlandırılıb. Olaylar.az bildirir ki, müsabiqə çərçivəsində 9 fəal oxucu pul mükafatı qazanıb. Birinci yerə layiq görülən 3 nəfərin hər biri 300 manat, ikinci və üçüncü yerin sahibləri isə müvafiq olaraq 200 və 100 manatla mükafatlandırılıb. Bundan əlavə, 10 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub.

Tarixi körpü bərpa olunur

23 May 2019 10:32

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qazax rayonunda – Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq körpü”də (Qırmızı körpü) aparılan təmir-bərpa işləri ilə tanış olub. Abidənin bərpa və konservasiya layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb.

Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada alqışlar qazandı

23 May 2019 10:27

Tallin şəhərində Estoniya Teatr və Musiqi Akademiyasında azərbaycanlı musiqiçilərin konserti keçirilib. Olaylar.az bildirir ki, “Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin “Estoniyada konsertlərin təşkili və Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində keçirilən bu tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının orkestr artisti, respublika və beynəlxalq müsabiqələr lauteatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılan Atabəy İsmayılovun tarda ifa etdiyi "Qərənfil" romansı (Vasif Adıgözəlov), "Cahargah” skertsosu (İlahə İsrafilova) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Müsəlman ölkəsində ŞOK: Ailmlər edam olunacaq

23 May 2019 10:24

Səudiyyə Ərəbistanı Ramazan ayının sonunda 3 məşhur din xadimini edam edəcək. Bunu Həmas terror təşkilatının siyasi bürosunun üzvü Musa Əbu-Mərzuk tvitter hesabında yazıb. Əbu-Mərzuk 2 səudiyyəli rəsmi şəxsə istinadən verdiyi xəbərdə 2017-ci ildə həbs olunan İslam alimi Salman Əl-Avdə, natiq Avad əl-Karni və dini veriliş aparıcısı Əli ƏL-Öməri edam olunacağını iddia edib. O, sözügedən şəxslərin ölümündə Səudiyyə Ərəbistanı hökumətini, bu hokum verənləri, hakimləri və hökmdən xəbərdar olub yardım etməyən şəxsləri ittiham edib.

Böyük Novqorodun yaranmasının 1160-ci ildönümü qeyd olunub

23 May 2019 10:23

Azərbaycan Dillər Universitetində (ADU) Böyük Novqorodun yaranmasının 1160-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, tədbir ADU-nun “Rusiyaşünaslıq mərkəzi” Elmi Tədqiqat Laboratoriyası (ETL) və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoru, dosent Sevinc Zeynalova iştirak edib.

ABŞ Yaxın Şərqə daha 10 min hərbçi göndərəcək

23 May 2019 10:19

Pentaqon İranla gərginlik fonunda Yaxın Şərqə daha minlərlə hərbçinin göndərilməsi ilə bağlı planını Ağ Evə təqdim edəcək. Bu barədə öz mənbələrinə istinadən “Fox News” telekanalı bildirib.

“Mateo Falkone” filmi yenilənmiş versiyada təqdim edildi

23 May 2019 10:15

Nizami Kino Mərkəzində “Mateo Falkone” qısametrajlı filminin yenilənmiş versiyada təqdimatı keçirilib. Olaylar.az bildirir ki, “Balans” milli rəqəmsal studiyasında bərpa edilən film görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ərəfəsində gerçəkləşib. Film Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına fond və “Balans” studiyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Film Prosper Merimenin novellası əsasında çəkilmiş milli kinomuzun qızıl fonduna daxildir.