ABŞ Yaxın Şərqə daha 10 min hərbçi göndərəcək

Pentaqon İranla gərginlik fonunda Yaxın Şərqə daha minlərlə hərbçinin göndərilməsi ilə bağlı planını Ağ Evə təqdim edəcək. Bu barədə öz mənbələrinə istinadən “Fox News” telekanalı bildirib.

Pentaqon İranla gərginlik fonunda Yaxın Şərqə daha minlərlə hərbçinin göndərilməsi ilə bağlı planını Ağ Evə təqdim edəcək.

Bu barədə öz mənbələrinə istinadən "Fox News" telekanalı bildirib.

Məlumata görə, söhbət on min hərbi qulluqçunun göndərilməsindən gedir. Telekanalın mənbələri həmçinin qeyd edirlər ki, "Patriot" və hərbi gəmilərdə yerləşdirilən raket-zenit komplekslərinin genişləndiriilməsi plana daxildir.

Bildirililir ki, qəti qərar hələ qəbul edilməyib, Ağ Evin planı tamamilə və ya qismən təsdiq edəcəyi məlum deyil.

Qeyd edək ki, İranın ətrafında vəziyyətin kəskinləşməsi fonunda ABŞ daha əvvəl Fars körfəzinə ən azı yeddi hərbi gəmi və ona yaxın "Patriot" zenit-raket kompleksini çatdırıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31