Qaqik Tsarukyanın müdafiə tərəfi istintaq qrupuna etiraz qaldırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın vəkilləri onun hüquqlarının pozulduğunu bildirərək istintaq qrupuna etiraz qaldırıblar. Vəkil Emin Xaçatryan siyasətçinin digər müdafiəçisi Yerem Sarkisyanın üzləşmə prosesindən qanunsuz kənarlaşdırıldığını, bu səbəbdən Tsarukyanın ifadə verməkdən imtina etdiyini və təxminən üç saatlıq dindirmədən sonra yenidən təcridxanaya qaytarıldığını deyib. Cinayət işini qondarma hesab edən Tsarukyan xüsusilə külli miqdarda dələduzluq, çirkli ppulların yuyulması və qanunsuz ov etməkdə ittiham olunur. 

İstintaqın versiyasına görə, o, Ermənistan-İran ticarət əlaqələri adı altında dələduzluq sxemləri ilə dövlətə 21 milyon dollardan çox, həmçinin yanacaq tədarükü sövdələşməsində iranlı sahibkara 934 min dollar zərər vurub. Bundan əlavə, biznesmenin malikanəsində keçirilən axtarış zamanı müsadirə edilən qanunsuz saxlanılan yırtıcı heyvanlar və 190 müqəvva üzrə ətraf mühitə 81 min dollardan çox ziyan vurulduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31