“Lelo“ rəsmisi: Vaxo Sanayanın həbsi söz azadlığına hücumdur – ÖZƏL
14:43 SiyasətOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" partiyasının üzvü Qiorqi Sioridze jurnalist Vaxo Sanayanın inzibati qaydada həbs olunmasını kəskin tənqid edib. O bildirib ki, fərqli mövqeyinə və azad fikrinə görə insanların həbs edilməsi "Gürcü arzusu" hakimiyyətinin avtoritar dəst-xəttinə çevrilib.
Sioridzenin sözlərinə görə, hakimiyyət kəskin bəyanatları ilə seçilən jurnalisti nümunəvi şəkildə cəzalandırmağa çalışır və bu addım ölkədə media azadlığına açıq təzyiqdir. Partiya rəsmisi bu məsələnin beynəlxalq tərəfdaşların hesabatlarında mütləq əks olunmalı olduğunu vurğulayaraq, Sanayanın tezliklə ictimai fəaliyyətinə qayıdaraq rejimi ifşa etməyə davam edəcəyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31