Belarus: NATO tərəfindən hərbi fəallıq müşahidə olunmur- ÖZƏL
14:42 DünyaBelarusun müdafiə naziri Viktor Xrenin ölkə ətrafındakı təhlükəsizlik vəziyyətini sabit qiymətləndirərək bildirib ki, hazırda NATO ölkələri tərəfindən heç bir əhəmiyyətli hərbi fəaliyyət qeydə alınmır. Olaylar.az xəbər verir ki, o bu barədə Prezident Aleksandr Lukaşenkoya təqdim etdiyi məruzədə məlumat verib. Onun sözlərinə görə, gərginlik əsasən informasiya məkanında müşahidə olunur.
Xrenin qeyd edib ki, NATO ölkələrinin silahlı qüvvələrinin fəaliyyəti izlənilir, lakin qonşu ölkələrdə yalnız minimal miqyaslı təlimlər keçirilir və uçuşların sayı da çox azdır. Bu səbəbdən Belarus tərəfi yaxın vaxtlarda hər hansı təhdid, gərginlik və ya gözlənilməz hücuma hazırlıq əlaməti görmür.
Nazir həmçinin Belarusun cənub sərhədlərindəki vəziyyətə də toxunaraq bildirib ki, Ukrayna qüvvələrinin sərhəd boyunca aqressiv hərəkətlərə hazırlaşdığına dair heç bir əlamət müşahidə edilmir. Onun sözlərinə görə, mediada səsləndirilən iddialara baxmayaraq, Ukraynanın Belarus sərhədində gərginlik yaratmaq niyyəti görünmür.