Gündəm
Örl Litzenberqer “Səfir saatı” layihəsində
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb. Olaylar.az bildirir ki, Kamal Abdulla “Səfir saatı”nda tələbələrlə görüşmək təklifini qəbul edib gəldiyi üçün səfirə təşəkkürünü bildirib. Rektor Azərbaycanda Amerika səfirinə daim böyük ehtiram və hörmət olduğunu söyləyib. Azərbaycanın çoxmillətli ölkə olduğunu deyən universitet rəhbəri multikulturalizm siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini xüsusi vurğulayıb. Kamal Abdulla Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 5 ildir fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqqında danışıb.
Zelenskinin həyat yoldaşı andiçmə mərasiminə bu geyimdə gəldi - FOTO
Zelenskinin həyat yoldaşı andiçmə mərasiminə bu geyimdə gəldi - FOTO
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
Martın 20-də Azərbaycan ədəbiyyatının klassiki, Azərbaycanın Əməkdar incəsənət xadimi, dramaturq, şair və nasir, teatr və kino xadimi, tərcüməçi, ssenarist, jurnalist, aktyor, rejissor Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olub. Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə müvafiq sərəncam imzalamışdır.
Avropa İttifaqından kiberhücumlara sanksiyalar hazırlanır
Avropa İttifaqında miqyaslı kiberhücumlara cavab olaraq sanksiyaların tətbiqinə imkan verən xüsusi mexanizm hazırlanıb. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir. “17 may 2019-cu ildə Şura tərəfindən Avropa İttifaqı və ya onun üzv ölkələri üçün xarici təhlükə törədən kiberhücumların qarşısını almaq və cavab vermək üçün məhdudlaşdırıcı tədbirlər görməyə imkan verən mexanizm yaradılıb”, – sənəddə qeyd olunur.
“Qartal yuvası” təqdim ediləcək
"Qartal yuvası" filmi mayın 21-0də təqdim ediləcək.
İncəsənət əsərlərinin auksionu keçilirəcək - İlk dəfə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Rəsm Qalereyasının və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” otelində 21 may 2019-cu il saat 12:00-da ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçiriləcəkdir.
Rektor heç kimi təhqir etməyib - BSU-dan açıqlama
Rektor heç kimi təhqir etməyib - BSU-dan açıqlama
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” təsis edilmişdir. Olaylar.az bildirir ki, 1997-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə incəsənət sahəsində xüsusi istedada malik gənclərin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır və onlar xüsusi aylıq təqaüdə layiq görülürlər. Bu günə kimi musiqi, xoreoqrafiya, rəsm sahələrində xüsusi istedadı olan 124 gəncin adı “Qızıl kitaba” yazılmışdır və bu gənclərə 25 yaşadək aylıq təqaüd ödənilir.
Avroviziyada “Həqiqət”
Sara xanım Tağıyevanın 120 illiyinə həsr olunmuş xatirə tədbiri keçiriləcək
AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın (1899-1991) anadan olmasının 120 illiyinə həsr olunmuş xatirə tədbiri keçiriləcək.
Kamal Abdulla Hindistan səfiri ilə görüşdü
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şri B.Vanlalvavna ilə görüşüb. Olaylar.az bildirir ki, ADU-da 20-ə yaxın ölkənin dilinin tədris olunduğunu deyən rektor dillərin konkret tədris proqramı əsasında öyrədildiyini bildirib. Kamal Abdulla Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlərinin öz ölkələrinin dillərinin ADU-da tədris olunması ilə bağlı istəklərindən söz açıb.
Atom saatı yaradılır
ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) mütəxəssisləri növbəti nəsil eksperimental atom saatı üçün əsas olacaq texnologiyanı nümayiş etdiriblər.
Smartfonun tez sıradan çıxmasına səbəb olan VƏRDİŞLƏR
Əksər hallarda istifadəçilərin öz hərəkəti smartfonun tez sıradan çıxmasına səbəb olur. Ekspertlər smartfonlara zərər vuran ən geniş yayılmış vərdişlərin siyahısını tərtib ediblər. Cihaz sahibinin ehtiyatsız davranışı nəticəsində fiziki zədələnmə siyahının birinci pilləsində qərarlaşıb. Əksər hallarda smartfonları əldən yerə salırlar. Bir çoxları cihazın sudan müdafiəsinə ümid edirlər, ancaq suda və dərinlikdə tez-tez “selfi” çəkdirmək smartfonun sıradan çıxmasına gətirib çıxarır.
Azərbaycanda 18 yaşlı tələbə oğlan bu maşında öldü - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR/ YENİLƏNDİ
Azərbaycanda 18 yaşlı tələbə oğlan bu maşında öldü - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR/YENİLƏNDİ














.jpg)