Gündəm
İranlı rəssamın fərdi sərgisi açılacaq - Muzey Mərkəzində
Mayın 22-də Muzey Mərkəzinin sərgi qalereyasında iranlı rəssam Vədud Müəzzinin fərdi rəsm sərgisi açılacaq. Olaylar.az bildirir ki, sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə rəssamın realist janrında yaratdığı 30 yağlı boya və 120 akvarel əsəri nümayiş ediləcək.
“Android” sisteminin hələ elan edilmiş versiyasında istifadəyə veriləcək yeni funksiya məlum olub
“Android” əməliyyat sisteminin hazırlanması üzrə məsul şəxs olan “Google” korporasiyasının vitse-prezidenti Deyv Berk “Twitter”də sözügedən sistemin növbəti versiyasında əlçatan olacaq yeni funksiya haqqında məlumat paylaşıb.
Dövlət Xalq Çalğı Alətləri Orkestri Filarmoniyada konsert verib
M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib.
Madonna və islandiyalılar Fələstin bayrağı nümayiş etdiriblər — FOTO
Madonna və islandiyalılar Fələstin bayrağı nümayiş etdiriblər — FOTO
"Sevinirəm ki, bu axmaq..." - Şvarsenegger döyülməyindən danışdı
"Sevinirəm ki, bu axmaq..." - Şvarsenegger döyülməyindən danışdı
Səsimdə problem oldu – Çingizdən ilk açıqlama
Səsimdə problem oldu – Çingizdən ilk açıqlama
Xanbabayevanın evinin əlindən alınmasına bankdan cavab
Xanbabayevanın evinin əlindən alınmasına bankdan cavab
Milli İncəsənət Muzeyinin təmirdən çıxmış yeni korpusunun açılışı və “Museum.az” saytının təqdimatı keçirildi
Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin (Niyazi küçəsi 9) təmirdən çıxmış yeni korpusunun ictimaiyyət üçün açılış mərasimi keçirildi. Olaylar.az bildirir ki, mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, dövlət rəsmiləri, muzey işçiləri iştirak edirdi.
İsraildə bayrağımıza hörmətsizlik kimin günahıdır? – Foto
Bayrağımızın rənginin səhv göstərilməsi Avroviziya-2019 mahnı müsabiqəsində mətbuat konfransını həyata keçirən təşkilatçılarının səhvidir.
“Microsoft” və “Sony” “bulud” oyun servisləri sahəsində əməkdaşlığa başlayır
Oyun qurğuları bazarında iki əsas rəqib – Yaponiyanın “Sony” və ABŞ-ın “Microsoft” şirkətləri tərəfdaşlığa başlayır. Şirkətlər “Microsoft Azure” platforması əsasında oyun kontent servislərində iş üçün “bulud” həlləri hazırlayacaqlar. Mövcud oxşar “Sony” servisləri də gələcəkdə “Azure” platformasına keçəcək.
Nazir və müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
Mayın 24-də, saat 11:00-da Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev tərəfindən Şamaxı rayon Heydər Əliyev Mərkəzində (Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27A) Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
“Qızıl Kəlmə” Ədəbi Mükafatı qaliblərə təqdim edildi
Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” Ədəbi Mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçirildi. Olaylar.az bildirir ki, mükafatlandırma mərasimindən əvvəl tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov “Qızıl kəlmə” mükafatının tarixi haqqında qısa məlumatı diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatı 2009-cu ildə təsis olunmuşdur.
İmadəddin Nəsimi yaradıcılığında ilahi sevgi və vəhdəti vücud fəlsəfəsi
"XIV əsr şairi İmadəddin Nəsimi yaradıcılığında bir çox dini, əfsanəvi və mifoloji adlara geniş şəkildə müraciət olunmuşdur. Hz. Adəm, Hz. İbrahim, Hz. Yusif, Hz. Məhəmməd, Hz. Musa peyğəmbərlə bağlı hadisələr daha çox mövzu obyektinə çevrilmiş, simvollaşdırılmış obraz kimi verilmişdir. Şairin qəzəllərində tez-tez rast gəldiyimiz, rəğbətlə adının çəkilməsinə şahid olduğumuz şəxsiyyətlərdən biri də Həllac Hüseyn ibn Mənsurdur. Burada qeyd etək istərdik ki, hələ Nəsimidən əvvəl Qazi qəzəllərində Həllac Mənsura böyük hörmət və məhəbbətlə qarşılaşırıq. Sonrakı məqamda artıq Nəsimi qəzəlıərində bir poetik obraz kimi çıxış etdiyimin şahidi oluruq. Bəs Həllac Mənsur kim idi və XIII-XIV əsr şairlərinin ona rəğbətinin səbəbləri nədə idi?" Bu fikirləri Olaylar.az-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Səltənət Əliyeva deyib.
Tələbələrinin ifasında “Leyli və Məcnun” operası
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Dillər Universitetində (ADU) dahi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında yazılmış unudulmaz bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası səhnələşdirilib.
Kitabxanada “Nəsiminin söz qüdrəti” adlı ədəbi-bədii gecə
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Səbail rayonunda yerləşən 160 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsiminin söz qüdrəti” adlı ədəbi-bədii gecə keçirilib.














