Dövlət Xalq Çalğı Alətləri Orkestri Filarmoniyada konsert verib
M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib.
20 May 2019 11:41 MədəniyyətM. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib.
Olaylar.az bildirir ki, Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə reallaşan konsertin solisti tarzən Mirzəli Əlizadə olub. Konsert çərçivəsində orkestr dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığına müraciət edib.
Qeyd edək ki, Dövlət Xalq Çalğı Alətləri Orkestri mütəmadi olaraq Filarmoniyada konsert proqramı ilə çıxış edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31