Sara xanım Tağıyevanın 120 illiyinə həsr olunmuş xatirə tədbiri keçiriləcək

AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın (1899-1991) anadan olmasının 120 illiyinə həsr olunmuş xatirə tədbiri keçiriləcək.

AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın (1899-1991) anadan olmasının 120 illiyinə həsr olunmuş xatirə tədbiri keçiriləcək. Olaylar.az bildirir ki, S.Tağıyeva ömrünün böyük hissəsini totalitar rejim dövründə adı qadağa altında olan H.Z.Tağıyevin xeyriyyəçilik əməllərinin, onun Azərbaycan tarixindəki rolunun tanıdılmasına həsr etmişdir. Muzeyin fondlarında Sara xanıma aid zəngin sənədlər qorunur. 
2016-cı ildə onun arxivinin böyük hissəsi ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31