“Kulturologiya və Azərbaycan incəsənəti” mövzusunda seminar keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət Assosiasiyası “Simurq” Kulturologiya Mərkəzi və Azərbaycan Kulturoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Milli İncəsənət Muzeyində “Kulturologiya və Azərbaycan incəsənəti” mövzusunda seminar keçiriləcəkdir.

Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət Assosiasiyası "Simurq" Kulturologiya Mərkəzi və Azərbaycan Kulturoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Milli İncəsənət Muzeyində "Kulturologiya və Azərbaycan incəsənəti" mövzusunda seminar keçiriləcəkdir.

Seminarda "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov "Kulturologiya və Azərbaycanda yüksəkmədəniyyətli, layiqli insanların inkişafı", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı Sevil Kərimova "Azərbaycan incəsənəti: dünən, bu gün və sabah" və "İçəri şəhər" Muzey mərkəzinin direktoru "Azərbaycanın ruhi mədəniyyətinin inkişafında Azərbaycan Milli İncəsənət Muzeyinin rolu" mövzularında çıxışlar edəcəklər.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev Azərbaycanda təsviri incəsənətin inkişafında milli-mədəni irsin qorunması və xarici ölkələrdə təbliği sahəsində, respublikada "yüksəkmədəniyyətli insanlar cəmiyyətinin" inkişafına verdiyi töhfəyə və şəxsi mədəniyyətinə görə "Simurq" beynəlxalq medalı təltif olunacaqdır.

Tədbir 23 may 2019-cu il tarixində, saat 15.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında baş tutacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31