Zelenski ilk olaraq Gürcüstan prezidenti ilə görüşdü

Zelenski ilk olaraq Gürcüstan prezidenti ilə görüşdü

Görüş prezident administrasiyasında baş tutub

Bu gün prezident kimi vəzifəsinin icrasına başlayan Vladimir Zelenski gürcü həmkarı Salome Zurabişvili ilə görüşüb.

"İnterfaks"ın verdiyi xəbərə görə, görüş prezident administrasiyasında baş tutub.

Görüşdə Ukrayna prezidentinin xanımı Yelena Zelenskaya da iştirak edib.

Qeyd edək ki, Gürcüstan prezidenti Zelenskinin qəbul etdiyi qərb liderləri arasında ilkdir.(qafqazinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31