Meksikada cinayətkarlarla atışmada 10 nəfər öldürüldü

Meksikanın Oahaka və Tamaulipas ştatlarında 10 nəfər atışmanın qurbanı olub. Bu barədə "Golfo Pacifico" agentliyi məlumat yayıb. Oahaka ştatının prokuroru bildirib ki, naməlum silahlılar Teuantepekdə 6 nəfərə atəş açıblar. Nəticədə onların hamısı həlak olub. Ölənlərdən 4-ü qadın, 2-i kişidir.

Meksikanın Oahaka və Tamaulipas ştatlarında 10 nəfər atışmanın qurbanı olub. Bu barədə "Golfo Pacifico" agentliyi məlumat yayıb.

Oahaka ştatının prokuroru bildirib ki, naməlum silahlılar Teuantepekdə 6 nəfərə atəş açıblar. Nəticədə onların hamısı həlak olub. Ölənlərdən 4-ü qadın, 2-i kişidir.

Hücumun səbəbi hələ məlum deyil, qatillər də tapılmayıb. Prokurorluq bir neçə nəfərin ölümü faktı üzrə cinayət işi açıb.

Tamaulipas ştatının Dias-Ordas bələdiyyəsində də hərbçilər avtomobillə təqib etdikləri cinayətkarlarla atışmaya başlayıblar. Cinayətkarlar hərbçilərlə açıq döyüşə başlayıblar, lakin məğlubiyyətlə üzləşiblər.

Atışma zamanı qruplaşmanın 4 üzvü öldürülüb, həmçinin hərbçilərdən 1-i yaralanıb. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31