Ukrayna hökuməti istefaya getdi
20 May 2019 22:09 DünyaUkraynanın baş naziri Vladimir Qroysman hökumətin istefa verdiyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, hökumətin çərşənbə günü keçiriləcək iclasından sonra vəzifədən gedəcəyini bildirən baş nazir Ali Radaya seçkilərdə namizəd olacağını qeyd edib.
"Gələcəkdə daha böyük işlər görəcəyimizə əminəm. Yeni parlamentdə silahdaşlarımızla birgə peşəkar komanda yaradıb dövlətə xidmət edəcəyik", - V.Qroysman diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31