Dünya

Milyarder oğlu ilə görüntülənən Hadisə: "Sevgili..."

17 Yanvar 2017 15:02

Kayseridə imza günü təşkil edən Hadisə ötən həftə məşhur milyarder oğlu Hakan Sabancının avtomobilinə minməsi barədə açıqlama verib.

Oğul anası olan müğənni süd üçün 10 kq xurma sifariş verdi

17 Yanvar 2017 15:00

Ötən həftə oğul anası olan müğənni Gülşən südü artırmaq üçün 10 kq xurma sifariş verib.

4 nazir vəzifədən getdi

17 Yanvar 2017 14:49

Qambiya hökumətində 4 nazir postunu tərk edib. Qambiyanın maliyyə, ticarət, ətraf mühit və xarici işlər nazirləri vəzifələrini tərk ediblər. Ölkənin seçkilərdə məğlub olmuş hazırkı prezidenti Camme yanvarın 19-da öz postunu tərk edərək yerini yeni seçilmiş prezident Adam Barrouya verəcək.

Məşhur aktyor həbs olundu

17 Yanvar 2017 14:44

Türkiyənin məşhur aktyoru Mehmet Aslan həbs olunub. İstanbul Cumhuriyyət Məhkıməsinin “Prezidentə təhqir” adı ilə aparılan araşdırma zamanı həbs olunub.

Acun İlıcalıya qadağa

17 Yanvar 2017 14:42

TV8-in sahibi Acun İlıcalıya Kanal D-də qadağa qoyulub.  Acunla "Hürriyet Maqazin" arasında uzun zamandır davam edən münaqişənin nəticəsində "Kanal D Maqazin" məşhur aparıcı ilə bağlı hər bir görüntüyə qadağa qoyub.

"Reina" terrorçusunun evindən nələr çıxdı? -  külli miqdarda dollar, silahlar, dronlar... - YENİLƏNİB

17 Yanvar 2017 14:14

İstanbulun “Reina” gecə klubunda qətliam törədən terrorçunun yaxalanmasının təfərrüatı məlum olub. Bu barədə İstanbulun valisi Vasip Şahin açıqlama verib.

Son dəqiqə: "Reina" terrorçusunun evindən 2 dron çıxdı

17 Yanvar 2017 13:07

İstanbul valisi Vasip Şahin Yeni il gecəsi "Reina"da 39 nəfəri qətlə yetirən Maşaripovun tutulmasıyla bağlı jurnalistlərin suallarını cavablandırıb.  Şahinin açıqlamasında ən çox Maşaripovun tutulduğu evdə 2 dron (pilotsuz təyyarə) , 2 tapança və 197 min ABŞ dollarının ələ keçirildiyi xəbəri diqqət çəkib. Bu barədə Milli.az sozcu-yə istinadən xəbər verir.

"Avropanın taleyi avropalıların öz əlindədir"

17 Yanvar 2017 13:04

Almaniya kansleri Angela Merkel ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Avropa İttifaqının parçalanmasına dair səsləndirdiyi fikrə münasibət bildirib. "Fikrimcə, Avropanın taleyi avropalıların öz əlindədir. Əminəm ki, biz birgə olacağıq", - deyə A.Merkel bildirib.

Krımda azərbaycanlı iş adamı dini radikalizm və terror ittihamı ilə həbs olunub

17 Yanvar 2017 12:12

Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində terrorçuluq ittihamı ilə saxlanılıb. İş adamının yaxınlarının  verdiyi məlumata görə, E. Çemodanovla bağlı Simferopol məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. İttihama görə, E. Çemodanov dini radikal qruplaşma ilə əlaqədə olub və terror aktının hazırlanmasında iştirak edib. Əslən Azərbaycanın Xaçmaz rayonundan olan E. Çemodanov 1978-ci ildə Krımda doğulub. O, Krımda sahibkarlıqla məşğul olub. Apa.az

Önəmli olan “Reina” cinayətini törədənin arxasındakı qüvvələrin ortaya çıxarılmasıdır

17 Yanvar 2017 12:05

”İstanbulda yanvarın 1-nə keçən gecə “Reina” gecə klubunda terror aktı törədən şəxs dindirilir”.  Bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.   

Təyyarə 239 sərnişinlə birgə "qeybə çəkildi" - Tapılmadı

17 Yanvar 2017 11:56

Üç il öncə içərisində 239 sərnişinlə radardan itən Malayziya Hava Yollarına aid sərnişin təyyarəsi artıq axtarılmayacaq. Kuala-Lumpur - Pekin aviareysini gerçəkləşdirərkən itən Malayziya Hava Yollarına aid MH370 tipli sərnişin təyyarəsinin tapılmadığını beynəlxalq xəbər agentlikləri "son dəqiqə" olaraq paylaşıb.

Fətullah Gülənə ən böyük ZƏRBƏ

17 Yanvar 2017 11:43

FETO terror qruplaşmasının Pensilvaniyada dəstəkləyən, hər dəfə yüksək məbləğdə dəstək olduqları isimlər seçkilərdə məğlub olublar. Yeni seçilmiş Ədalət və Maliyyə nazirliyi artıq FETO – nun fəaliyyətini araşdırmağa başlayıb. Terror qruplaşması ilə  münasibətləri yaxşı olmayan Eugene Depasquala isə eyalətin baş müfəttişi seçilib.

4 polisin şəhid olduğu Diyarbakır terroruyla bağlı həbs olunanlar var

17 Yanvar 2017 11:41

Diyarbakırdakı terror hücumuyla bağlı 3 nəfər nəzarətə alınıb. Dünən dörd polisin şəhid olduğu, iki polisin isə yaralandığı bombalı hücumla əlaqədar aparılan istintaqda 3 nəfər saxlanılıb. Bu barədə Milli.az sozcu-yə istinadən xəbər verir.