Önəmli olan “Reina” cinayətini törədənin arxasındakı qüvvələrin ortaya çıxarılmasıdır

”İstanbulda yanvarın 1-nə keçən gecə “Reina” gecə klubunda terror aktı törədən şəxs dindirilir”.  Bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.   

"İstanbulda yanvarın 1-nə keçən gecə "Reina" gecə klubunda terror aktı törədən şəxs dindirilir".  Bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. 
 
B. Yıldırım deyib ki, bununla bağlı bir çox detallar var, amma istintaq mərhələsindədir: "Zamanla bu barədə ictimaiyyətə məlumat veriləcək. Önəmli olan alçaq cinayəti törədən şübhəlinin saxlanılması və onun arxasındakı qüvvələrin ortaya çıxarılmasıdır". 
 
Qeyd edək ki, "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov  əməliyyat-axtarış tədbirləri nəticəsində İstanbulun Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.
 
Xatırladaq ki, Yeni il gecəsi İstanbulun Ortaköy məhəlləsindəyerləşən "Reina" gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Bu barədə APA.az NTV-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31