Dünya

"Dolların məzənnəsi şişirdilib" - Tramp

17 Yanvar 2017 18:49

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, hazırda dolların məzənnəsi şişirdilib. Prezidentin bu açıqlamasından sonra dollar əksər valyutalara nisbətən ucuzlaşıb.

Elektron siqaret damağında partladı: 7 dişi töküldü - FOTO

17 Yanvar 2017 18:43

Andrev Hall adlı şəxs elektron siqaret çəkdiyi an siqaret partlayıb.  Bir anda qan içində qalan şəxsin üzünün ikinci dərəcəli yanıq xəsarəti aldığı, 7 dişinin isə töküldüyü açıqlanıb. Andrev Hall dəhşətli görüntüsünü sosial şəbəkə hesabından paylaşıb.  Bu barədə Milli.Az Milliyet-ə istinadən xəbər verir.

"Sarkisyana qarşı sui-qəsd edilib" “Joxovurd”

17 Yanvar 2017 18:19

“Ermənistan prezidenti Serj Sarkisyana sui-qəsd cəhdi edilib. Bu barədə “Joxovurd” qəzeti xəbər verir. Nəşrin məlumatına görə,  insdentdən sonra prezident iqamətgahının mühafizəsi gücləndirilib. Məsələ ilə bağlı jurnalistin sualını cavablandıran Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan bildirib ki, onlar yalnız tam şəkildə öz funksiyalarını həyata keçirirlər.

Səudiyyə Ərəbistanının nazirinin açıqlaması nefti bahalaşdırır

17 Yanvar 2017 17:36

Dünya birjalarında neft bahalaşır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar və 1,49% artaraq 53,15 dollar təşkil edib.

Ərdoğanın keçmiş yavəri də həbs edildi

17 Yanvar 2017 17:29

Rəcəb Tayyib Ərdoğanın prezidentliyinin ilk dönəmlərində yanında yavər olaraq çalışan polkovnikFurqan Özdaban FETÖ istintaqı çərçivəsində nəzarətə alınıb.

Miqrantları daşıyan gəmi batdı: 180-ə yaxın insan itkin düşüb

17 Yanvar 2017 17:26

Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, 180-ə yaxın insan itkin düşüb. İtkin düşənlərdən 4-nün meyiti sudan çıxarılıb. Məlumata görə, batan gəmidən 200-ə yaxın insan xilas edilib. Report.az

Bişkekdə ikinci "qara qutu" da tapıldı

17 Yanvar 2017 17:19

Bişkekin "Manas" hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747-400" təyyarəsinin ikinci "qara qutu"su tapılıb.

Terrorçu “Reina” terrorunu İŞİD adına həyata keçirdiyini etiraf edib

17 Yanvar 2017 15:55

“Yaxalanmış terrorçu Yeni il gecəsi “Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır”. Bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib.  V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: “O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”. Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb.  Apa.az

ABŞ-ın Azərbaycandakı səfiri Trampın inauqurasiyasında iştirak etməyəcək

17 Yanvar 2017 15:53

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Donald Trampın inauqurasiya mərasimi günü Azərbaycanda olacaq. Bu barədə səfirlikdən məlumat verilib.

Rusiyada zavod PARTLADI

17 Yanvar 2017 15:37

Rusiyanın Altay diyarındakı Biysk şəhərində partlayıcı istehsal edən zavodda partlayış baş verib.

Ərdoğan "Reina" terrorçusundan DANIŞDI

17 Yanvar 2017 15:34

Heç kimin etdiyi cavabsız qalmayacaq.  Bu sözləri Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan SGK (Sosial Güvənlik Kurumu) binalarının açılış mərasimində "Reina" terrorçusu ilə bağlı jurnalistlərin sualına cavab verərkən deyib.

Soyuqdan ölənlərin sayı artdı

17 Yanvar 2017 15:32

Son sutka ərzində Polşada iki nəfəri don vurub. 2016-cı il noyabrın 1-dən etibarən ölkədə müşahidə olunan qarlı-şaxtalı hava şəraiti səbəbindən ölənlərin sayı 85 nəfərə çatıb. Qeyd edək ki, yanvarın ilk yarısında Polşanın Malopol vilayətində gecə havanın temperaturu mənfi 37 dərəcə olub. Hazırda ölkədə mənfi 6-10 dərəcə şaxta var.  Bu barədə Trend PAP agentliyinə istinadən məlumat verir.

Türkiyədə daha bir faciə

17 Yanvar 2017 15:18

Türkiyənin Maltəpə Dragos  sahilində quru yük gəmisində yanğın olub. Fövqalədə qüvvələr tərəfindən yanğına müdaxilə olunub. “Olaylar” – ın Türkiyə mətbuatına istinadən bildirir ki, yanğın Nazim İmamoğlu adlı gəmisinin insanlar üçün olan hissəsində baş verib. Səbəbi məlum olmayan yanğına yanğınsöndürənlər  müdaxilə edir.

BÖYÜK DAVA: Naz döyüldü- VİDEO

17 Yanvar 2017 15:17

Zuhal Topalın evlənmə proqramında azərbaycanlı gəlin namizədi Nazın keçmiş nişanlısı ona hücum edib. Türkiyə mətbuatının yazdığına görə, hadisə ötən həftənin cümə günü veriliş bitdikdən sonra baş verib. Hadisənin təfərrütaları isə bu gün məlum olub.

Erməni toyunda gəlin Azərbaycan mahnısına oynadı - VİDEO

17 Yanvar 2017 15:05

Erməni toyundan azərbaycanlıları qəzəbləndirəcək görüntülər paylaşılıb. Videodan gəlinin rəqs etdiyi görünür. Maraqlısı ondadır ki, səslənən musiqi erməni deyil, Azərbaycan musiqisidir. Məşhur "Cüt bacı" mahnısını biraz dəyişərək erməni xalq mahnısı adı ilə toyda böyük həvəslə səsləndiriblər.