Dünya

Yaşayış ildən-ilə ağırlaşır, yoxsul əhali ölkədən qaçır!

18 Yanvar 2017 12:01

Dərin böhranın hökm sürdüyü Ermənistanın əyalətlərində yaşayış səviyyəsi ildən-ilə ağırlaşır. Yoxsul həyat tərzinə dözə bilməyən əhali isə miqrasiyaya üstünlük verir. Nəticədə kəndlər boşalır, infrastruktur dağılır.

"Reina" terrorçusu: "Əmri ondan almışam"

18 Yanvar 2017 11:53

"Reina" terrorçusu Abdulkadir Maşaripovun ilk ifadəsi ortaya çıxıb. Yeni il gecəsi 39 adamı qətlə yetirən Maşaripov İtanbulda qətliam əmrini kim tərəfindən aldığını istintaqa ilk ifadəsindəcə etiraf edib. O, bu sifarişi Suriyanın Rakka şəhərindəki "Müəllim Aka" adlı İŞİD əmirindən aldığını açıqlayıb. Bu barədə Milli.az sozcu-yə istinadən xəbər verir.

Ölənədək vuruşacağıq

18 Yanvar 2017 11:50

Dünən Yəmənin paytaxtı Sənada "Cəsur Qadınlar Yürüşü" keçirilib. Vətəndaş müharibəsinin qanlı girdabında vurnuxan, vəhşət və məşəqqət içində boğulan ölkə bütün bunlarla yanaşı, xaricdən işğala da məruz qalıb.

Evin sahibinin kimliyi məlum oldu

18 Yanvar 2017 11:34

"Reina" terrorçusunun tutulduğu mənzillə bağlı maraqlı detallar ortaya çıxıb. Kirayəyə götürən şəxsin də evdə tutulan İraq əsilli terrorçu olduğu məlum olub.

Rusiyada meyit morqdan yoxa çıxıb

18 Yanvar 2017 11:25

Rusiyanın Krasnoyarsk şəhər morqunda qadın meyiti itib. 2016-cı il dekabrın 6-da morqa 88 yaşlı qadının meyiti gətirilib. Ertəsi gün müvafiq ekspertizalardan sonra meyit soyuducu kameraya aparılıb. Ölən qadının yaxınları 1 həftə sonra meyiti aparmaq üçün morqa müraciət ediblər. Lakin meyit tapılmayıb.   Məsələ ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb. İstintaq meyitin bilmədən basdırılması və ya oğurlanması versiyalarını nəzərdən keçirir.  Bu barədə APA.az “RİA Novosti”yə istinadən xəbər verir.

Alimlər oda davamlı akkumulyator batareyası yaradıblar

17 Yanvar 2017 20:15

Müasir litium-ion akkumulyatorlarının əsas çatışmazlıqlarından biri onların alışması və partlamasıdır. Smartfonlar daxil olmaqla müxtəlif qurğularda mütəmadi belə hallar baş verir. Məsələn, məhz akkumulyator batareyasının defekti "Samsung Galaxy Note 7" smartfonlarının öz-özünə yanmasına əsas səbəb kimi göstərilir.

Bu sosial şəbəkənin proqramı şəkil üzrə diaqnoz qoyur

17 Yanvar 2017 20:00

Amerikalı mütəxəssislər 5 yaşlı pasiyentdə nadir genetik xəstəlik diaqnozunu təsdiq etməyə nail olublar. Bu halda kompüter sözügedən diaqnostikaya 1 dəqiqə vaxt sərf edib.

Dünyada yeni dəb başlanıb: keçili yoqa

17 Yanvar 2017 19:56

ABŞ-ın Oreqon ştatında yaşayan fermer keçilərlə yoqa dərsləri keçir. Bu qeyri-adi məşğələyə minlərlə insan qatılır. 

“Google Play”in gəlirləri bir ildə 82 faiz artıb

17 Yanvar 2017 19:30

“Google Play” internet mağazası 2016-cı ildə təqdim edilən proqram və əlavələrin sayına görə lider olub. Şirkətin gəlirləri 60 faiz artaraq 3,3 milyard dollara çatıb.

“Airbus”dan müdhiş layihə - Uçan avtomobil

17 Yanvar 2017 19:26

Avropanın və dünyanın məşhur aviaşirkətlərindən olan “Airbus” konserni bu ilin sonuna qədər avtopilot rejiminə malik uçan avtomobilin sınaqlarını keçirməyi planlaşdırır.

Yeni cütlüyə göz dəydi: Hande sevgilisinə stəkan atdı

17 Yanvar 2017 19:17

Türkiyənin tanınmış aktrisası Hande Doğandemir ilə aktyor Mert Fıratın yeni başlayan münasibətinə göz dəyib.  Onlar ötən gün kafedə oturarkən dalaşıblar. Belə ki, Hande qızların Mertə baxmasını qısqanıb. O, əlindəki stəkanı aktyora atıb. Buna əsəbləşən aktyor məkanı tərk edib. Bu barədə Milli.az "Sabah"a istinadla xəbər verir.

“WhatsApp”da yeni fırıldaq növü aşkarlandı

17 Yanvar 2017 19:11

Fırıldaqçılar “WhatsApp” messencerində yeni fırıldaq növlərindən istifadə etməyə başlayıblar.

Görməli yerləri izləmək üçün proqram yaradıldı

17 Yanvar 2017 19:05

İsveçrəli turist Mayk Vonq “Google Maps” bazasında yeni əlavə tərtib edib.  Belə bir xidmətin sayəsində nəinki dünya xəritəsində istənilən yeri tapmaq, hətta oradakı bütün gəzməli yerləri görmək mümkündür. 

HDP həmsədri 142 il azadlıqdan məhrum edilə bilər

17 Yanvar 2017 18:57

Türkiyənin müxalif kürdyönlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrlərinin 30 ildən 142 ilə qədər azadlıqdan məhrum edilməsi tələb olunur. Diyarbəkir prokurorluğunda terrorçuluq fəaliyyəti üzrə cinayət işinin istintaqı çərçivəsində tutulan HDP həmsədrləri - Səlahəddin Dəmirdaşın 43 ildən 142 ilə, Figen Yüksəkdağın isə 30 ildən 83 ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutan ittiham aktı hazırlanıb. Trend.az

"O səhnə "Rəcəb İvedik"dən çıxarılsın - türkiyəli deputatdan TƏLƏB

17 Yanvar 2017 18:54

Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin hakim partiyadan olan deputatı Necdet Ünüvar “Recep İvedik 5” filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsinə etirazını bildirib.