Rusiyada meyit morqdan yoxa çıxıb

Rusiyanın Krasnoyarsk şəhər morqunda qadın meyiti itib. 2016-cı il dekabrın 6-da morqa 88 yaşlı qadının meyiti gətirilib. Ertəsi gün müvafiq ekspertizalardan sonra meyit soyuducu kameraya aparılıb. Ölən qadının yaxınları 1 həftə sonra meyiti aparmaq üçün morqa müraciət ediblər. Lakin meyit tapılmayıb.   Məsələ ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb. İstintaq meyitin bilmədən basdırılması və ya oğurlanması versiyalarını nəzərdən keçirir.  Bu barədə APA.az “RİA Novosti”yə istinadən xəbər verir.

Rusiyanın Krasnoyarsk şəhər morqunda qadın meyiti itib. 2016-cı il dekabrın 6-da morqa 88 yaşlı qadının meyiti gətirilib. Ertəsi gün müvafiq ekspertizalardan sonra meyit soyuducu kameraya aparılıb. Ölən qadının yaxınları 1 həftə sonra meyiti aparmaq üçün morqa müraciət ediblər. Lakin meyit tapılmayıb.   Məsələ ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb. İstintaq meyitin bilmədən basdırılması və ya oğurlanması versiyalarını nəzərdən keçirir.  Bu barədə APA.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31