Evin sahibinin kimliyi məlum oldu

"Reina" terrorçusunun tutulduğu mənzillə bağlı maraqlı detallar ortaya çıxıb. Kirayəyə götürən şəxsin də evdə tutulan İraq əsilli terrorçu olduğu məlum olub.

"Reina" terrorçusunun tutulduğu mənzillə bağlı maraqlı detallar ortaya çıxıb. Kirayəyə götürən şəxsin də evdə tutulan İraq əsilli terrorçu olduğu məlum olub. Ev sahibinin də xarici əsilli olduğu təsbit edilib. Mənzilin sahibi Nurullah Zaki Haser evinin icarəsi üçün Esenyurtdakı bir tikinti firmasına açarını verib. Firma da evi aylıq 750 TL qarşılığında 6 aylığına Ali Jameel Mohammedə kirayəyə verib. Bu müqavilə bina rəhbərliyinə də verilib. Bina rəhbərliyi kirayəçilərə elektron giriş kartları verib.

Bəhs edilən Ali Jameel Mohammedin əməliyyat zamanı ayaqla başına basılaraq tutulan terrorçu olduğu bildirilir. Bu barədə Milli.Az hurriyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31