Rusiyada zavod PARTLADI
Rusiyanın Altay diyarındakı Biysk şəhərində partlayıcı istehsal edən zavodda partlayış baş verib.
17 Yanvar 2017 15:37 DünyaRusiyanın Altay diyarındakı Biysk şəhərində partlayıcı istehsal edən zavodda partlayış baş verib. Biysk oleum zavodunda partlayıcı maddələrin istehsalı üzrə sexdə təmir işləri zamanı partlayıcı maddə yığını detonasiyaya məruz qalıb və nəticədə partlayış olub. İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Dağıntı yoxdur və yanğın baş verməyib. Bu barədə report RİA "Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31